"Azərbaycana kömək etməyə hazırıq" - Aleksandr Lukaşenko

  • 28 noy 2015, 19:15
"Belarusun ictimai-siyasi stabilliyi onun uğurlarının başlıca göstəricisidir.”

Bu barədə Azərbaycan prezidenti İlham Əliyev Belarus prezidenti Aleksandr Lukaşenko ilə geniş formatda keçirilən görüşdə bildirib. "Belarusda mövcud olan ictimai-siyasi stabillik uğurların əsas göstəricisidir və bu uğurların davam edəcəyini göstərən əsas təminatdır,” - deyə o, əlavə edib.
 

Aleksandr Lukaşenko isə neft-kimya, enerji və kənd təsərrüfatı sahələrində korporativ imkanların nəzərdə keçirilməsini təklif edib. O, informasiya texnologiyaları və informasiyanın qorunmasının da müasir dövrdə aktuallıq kəsb etdiyini söyləyib: "Biz dostluğumuzu yüksək qiymətləndiririk. Sizə sərfəlidirsə, biz Avrasiya İqtisadi İttifaqında sizin maraqlarınızın təmin olunmasına kömək etməyə də hazırıq".  

 

Demokratik.Az