Xanım Merkelin böyründəki azərbaycanlı fırıldaqçı

  • 08 noy 2015, 13:04
Öz dövrümüzdə biz nələri görmədik? Amma qurdbasar əsri artıq öz yerini cəfəngiyyatlar əsrinə verib! Bəzən həyatda elə qəribə və qeyri-real, daha dəqiq desək, irrasional vəziyyətlərlə rastlaşırsan ki, olanların reallığını da inkar etmək istəyirsən. Ötən əsrin ən böyük "macəra həvəskarı” kimi tanınmış və prinsipsizliyi ilə ad çıxarmış Qurciyevin varlığını xatırlayırsız? Bu insanın nə Allahdan, nə də şeytandan yana olduğunu demək belə olmurdu...

Dahi Mixail Afanasyeviç (Bulqakov M.A., rus yazıçı dramaturqu – E.M.) özünün şah əsərlərindən olan "Qaçış” pyesində mühacir dalğasının faciəvi taleyini necə də dəqiq təsvir etmişdir. Stalinin ifadəsilə desək, öz xalqının boynunda oturmuş zavallı privat-dosentlər (Almaniyanın təhsil sistemində məvacibi olmayan, ştatdan kənar vəzifə - E.M.). Çox vaxt azadlıq və qurtuluş adasının sahillərinə çırpılan hansısa böyük mühacir dalğası, bu sahilə özü ilə birgə təmiz sulara qarışmış pislik, zir-zibil, parazitlər də gətirir. Lakin biz Bulqakovun hər cür Serafimlər və privat-dosent Qolubkovlar barədə yuxularına baş vurmayacağıq. Çünki, biz özümüz də həqiqətin birinci instansiyası adına iddialı olan bir çox xarici ölkələrdə "azərbaycan demokratiyasının ataları” obrazında zühur etmiş miskinləri çox görmüşük. Yox, bu gün söhbət nə qırışmal Emin Millidən, nə də ari Mayntsın sığınacaq verdiyi gədəbəyli Əmiraslanovadan getməyəcək. Bu gün biz "pul aparmağın nisbətən halal dörd yüz üsulunu” bilən böyük kombinatorun (müəllif İlya İlf və Yevgeniy Petrovun "On iki stul” və "Qızıl dana” romanlarının baş qəhrəmanı, fırıldaqçı Ostap Benderi nəzərdə tutur – E.M.) əsil prototipindən danışaçağıq. Yox-yox, yenə bizi yanlış anladınız. Əlbəttə ki, biz indi də əyninə dəliqanlı liberal donu geymiş "Quska”nın cinayətkar keçmişindən də danışmayacağıq. Hərçənd, Yulian Semyonovun təbirilə desək, Veymar respublikasında nasistləri dəyənəklə qovan, nasistlərin hakimiyyəti dövründə isə, Veymar respublikasının tərəfdarlarını həbs edən daha bir adama Almaniynın qucaq açdığını xatırlamamaq da olmur. Həmin o Veymar respublikasında dinclik tapmış Hüseyn Abdullayev bu günlərdə belə bir bəyanat verib ki, əgər hakimiyyətə qayıda bilsə, ilk növbədə onun şanlı adına ləkə gətirmiş jurnalistlərə divan tutacaq. Yox, bu gün ondan da danışmayacağıq. Hərçənd bunun da yeri var...
Bu gün "Təfəkkür” adlı özəl bir universitetin təsisçisi olan Riyad Əliyev adlı bir şəxs barədə danışacağıq. Daha dəqiq desək, bu Riyad Əliyev "Təfəkkür” adlı universitetin Kiyev filialının yaradıcısı kimi meydana çıxıb.
Keşməkeşli 90-cı illərdə sovet təhsilinin məzarçıları təhsil sisteminin elmi-maarifləndirici əsaslarını tamamilə məhv etdikdən və maddi-texniki bazasını talan etdikdən sonra, dünyaya ali təhsilin yeni formasını təqdim etdilər – miniuniversitetlər və ya kvaziuniversitetlər, istədiyiniz kimi adlandıra bilərsiz. Ali təhsil haqqında diplomu xoşbəxt həyatın əsas göstəricilərindən biri kimi qəbul edən orta statistik azərbaycanlının arzuları, Bakının yeraltı dünyasında zərərli viruslar kimi doğub-törəmiş yeni özəl ali məktəblərdə gerçəkləşdi. Öz kafedra və minilaboratoriyalarını uşaq bağçalarında, kərpic zavodlarında və hətta sovxoz ərazilərində yerləşdirmiş minlərlə ali məktəb yarandı. Kooperativlərdə və maliyyə piramidalarında iflasa uğramış işbazlar yeni sahəni mənimsəməyə – dövriyyəyə buraxılmış maarifləndirmənin maddi bazasını uğurla dağıdaraq, sovet təhsilini məhv etməyə üz tutdular. Xalqa onun arzuladığı, lakin sovet dövründə heç də belə asan əldə edə bilməyəcəyi bir şeyi – ali məktəb diplomlarını paylamağa başladılar. Bax belə lotu-potuların arasında, dəyərlərin düşdüyü tənəzzül mühitində də Riyad Əliyev meydana çıxdı. Hansı ki, artıq bizim dövrümüzdə Frankfurtda neosovet Azərbaycanın azadlığı uğrunda mübarizlərdən biri kimi ad çıxarıb.
Riyad Əliyev Kiyevdə Azərbaycanın bu qəribə universitetinin rəhbərliyinə keçməklə, yeni hərəkatın cərgələrinə soxuldu. Təsəvvür edin, sovet dövründə hər bir uğurlu azərbaycanlı Kiyevin ali məktəblərində, məsələn dövlət universitetində və ya Kiyev Beynəlxalq Əlaqələr İnstitutunda təhsil almaq barədə xəyal edirdilər. İndi isə, Riyad Əliyev ukraynalılara Azərbaycanın hansısa universitetinin filialında təhsil almağı təklif edir. Hansı ki, bu filialın pedaqoji heyətinin çox hissəsi Azərbaycanın əyalət məktəblərindən toplanmış savadsız müəllimlərdən və öz əlaqələri hesabına ali məktəblərə keçə bilmiş mühazirəçilərdən təşkil olunub. Həm də bu universitet birbaşa Kiyevdə yerləşib!
Hər bir aydın fikirli insan anlaya bilər ki, burada söhbət 90-cı illərdə təsdiqlənmiş və abituriyentlərin qəbulu əsasında kriminal kapitalın leqallaşdırılmasını, "çirkli pulların yuyulmasını” nəzərdə tutan adi sxemin reallaşdırılmasından gedir. Riyad Əliyevə bu sxem, sovet valideynlərinə isə, öz qızları üçün diplom lazım idi. Çünki diplom özünə hörmət edən hər bir azərbaycanlı qızın cehizinin zəruri hissəsidir. Axı qızı diplomsuz necə ərə vermək olar? Bax elə bu məqamda da Riyad Əliyev peyda oldu!
2010-cu lin sentyabr ayında Əliyev Riyad Mahir oğlu qanun keşikçilərinin əlinə keçir. Rəhimov Etibar Zülfü oğlu adında bir vətəndaş polisə müraciət edərək, filial rektorundan şikayətçi olduğunu bildirir. Riyad Əliyev onun qızını universitetə "düzəldəcəyini” söz verərək, vətəndaşın 15 min manat pulunu alıb. Xətai Rayon Polis İdarəsində istintaq başlanır və qısa müddət ərzində rektorun təqsiri sübuta yetirilir. İş məhkəməyə gedir və R.Əliyev 178.3.2 maddəsilə, yəni dələduzluq əməli törətməkdə ittiham olunur. Həm də istintaq zamanı məlum olur ki, bizim qəhrəman, Etibar Rəhimovdan pulu alaraq, onun qızını Bakı Kooperasiya Universitetinə qəbul etdirəcəyini söz verib. Belə ki, ata öz qızına tanınmamış "Təfəkkür”ün diplomunu almağı övladına rəva görməyib. Necə deyərlər, qurban yemə tutulub. Vətəndaş qızını hətta özəl deyil, məhz dövlət ali təhsil müəssisəsinə düzəltmək istəyirmiş. Və bu məqam da da "rektor”, qızının imtahandan kəsilməsi səbəbindən "dərdə düşmüş” atanın qarşısında təhsil sahəsindəki əlaqələri ilə öyünərək, onu öz hüdudsuz imkanlarına inandıra bilmişdi. Lakin bir neçə gün sonra Riyad Əliyev yoxa çıxır və ata artıq onu apa bilmir. Və yalnız bir neçə aydan sonra, həm də Xətai rayon polisinin müstəntiqlərinin dilindən Etibar Rəhimov eşidir ki, onun tanış rektoru adi fırıldaqçıdır və bu kimi əməllərlə artıq birinci il deyil ki, məşğul olur. Belə ki, Riyad Əliyev artıq bir dəfə eyni əmələ görə Nərimanov rayon məhkəməsi tərəfindən 3 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub. Yalnız 2013-cü ilin 13 oktyabrında o, Abşeron rayon məhkəməsinin qərarı ilə şərti cəzanı vaxtından əvvəl bitirə bilib. Bu isə onu yenidən oxşar cinayət əməlləri törətməyə sövq edib. Lakin Xətai rayon polisi bu qatı fırıldaqçını həbs etməyə hazırıaşarkən, o, ölkədən qaçmağa müyəssər olur.
2014-cü ilin 30 avqustunda Riyad Əliyev əvvəlcə Macarıstana, ordan da Almaniyaya qaçır. Burada isə, o, özünü diktauraya qarşı mübarizə aparan siyasi qaçqın kimi qələmə verə bilir. Əlbəttə, sonradan istintaq qaçaq fırıldaqçının təqsirini tam sübuta yetirir. Lakin bu qaçış ədaləti qeyri-müəyyən vaxta təxirə salır. 2013-cü ilin 23 fevralından Riyad Əliyev axtarışdadır. Bir müddət əvvəl isə o, həmçinin İnterpol tərəfindən də axtarılır.
Lakin "bizim zəmanəmizin qəhrəmanı” Almaniyada özünə yeni təhlükəsiz yol – Azərbaycan hökumətinə qarşı çıxışlar etmək yolunu seçməklə, alman hökumətinin himayəsi altına düşməyə müyəssər olub. Və indi, adi əyalət fırıldaqçısı Frankfurtun dəbdəbəli rayonlarından birində, Berliner Str, 2 ünvanında yaşayır. Qısa vaxr ərzində o, özünə saxta AzerEvroTimes adlı primitiv internet sayt da yaradıb və burada "ifşaedici araşdırmalarını” yerləşdirir. Həm də bu materialların dili azərbaycan, rus və alman dillərinin qarşığından yaranmış qəribə bir dialekt təəssüratını verir. Bir sözlə, qaba fırıldaqçının xilas və səadət ardınca xaricə qaçışı barədə adi bir azərbaycan hekayəsi...
"Ququ quşunun yuvası üzərindən uçuş” mövzusunda məzəli marlezon baletinin birinci hissəsi Riyad Əliyevin özü kimi digər bir yaramaz, Elşad Abdullayev tərəfindən ifa olunmuşdu. Bu adam hansısa səhv üzündən, bir vaxtlar Azərbaycanda dünyanın ən balaca ölkəsi olan San-Marinonun adı verilmiş başqa bir ali məktəbə rəhbərlik edirdi. Bu şəxs həm də qardaşının müəmmalı şəkildə itkin düşməsi, ya da ölməsi (bu barədə hələ də dəqiq məlumat yoxdur) səbəbilə, Fransada kriminal kapitalını leqallaşdırmaq üçün əla fürsət əldə etmiş oldu. Elə ona da məhz Riyad kimi, hökumət əleyhinə çıxışları və populist qışqırtıları müqabilində dərhal "indulgensiya” (qədim dövrlərdə katolik kilsəsi tərəfindən pul müqabilində verilən və bütün günahlarının bağışlanmasını təsdiqləyən sənəd – E.M.) və qanunsuz yolla qazandığı pulları leqallaşdırmaq hüququ təqdim olundu.
Beləliklə, təəssüflər olsun ki, Azərbaycanın istintaq orqanlarının təqdim etdikləri güclü arqumentlərə və inkaredilməz dəlillərə baxmayaraq, həm Almaniya, həm də Fransa öz gündəyməzlərini qərb demokratiyasının verdiyi xurma yarpağı ilə örtmüş bu qatı fırıldaqçıları təhvil verməkdən imtina edirlər. Təsəvvür edin, iki qabaqcıl avropa ölkəsi bir tərəfdən təhlükəli presedent yaratmaqla, digər tərəfdən də Azərbaycanda cinayətkarlığın artımını stimullaşdırmaqla məşğuldur. Belə çıxır ki, Vətəndə cinayət yolu ilə bir-iki milyon qazanıb Qərbə qaçmaq, burada isə öz ölkəsinin hökumətinə qarşı çıxışlar etmək və bununla da toxunulmazlıq əldə etmək mümkündür! Heç də pis perspektiv deyil! Qərb dələduzlara kömək edəcək! Abituriyentlərin valideynlərini aldat, bir-iki milyon yığ və qərb sahillərinə doğru üz. Xanım Merkelin rejimi isə, Vətəndə şərəfini bulaşdırmış pislikdən yuyunub-təmizlənməkdə sənə kömək edər. Belə olduğu halda bəlkə Azərbaycan hökuməti də alman və fransız fırıldaqçıları, yüngül pul və şərəfsiz macəra axtarışına çıxanları üçün bir "cənnət guşəsi” yaratsın? Görəsən bi ölkələrin hökumətləri buna necə reaksiya verərlər? Həmçinin Riyad Əliyevin və digərlərinin cinayət işləri ilə bağlı materiallarla tanış olmağa borclu olan Almaniya hökumətinin reaksiyası, arqument və dəlilləri ilə tanış olmaq da çox maraqlı olardı.
Axı siz kimləri siyasi qaçqın kimi təqdim edirsiniz? Fərdi liberalların sırasında kimlər durur? Heç utanırsınızmı? Yəni Dövlətov və Brodskidən, Soljenitsın və Rostropoviçdən sonra Riyad Əliyevin və Elşad Abdullayevin zamanı yetişib? Axı sizin demokratiyanızın simasına nə oldu?
Ritorik sualdır və əlbətə ki, cavabsızdır...