Məzahir Pənahov Müsavatın cavabını verdi

  • 31 okt 2015, 17:05

"Müsavat Partiyasının seçkilərdə iştirakı dayandırmaq barədə qərarı başqa bir məqsədə xidmət edən bir adımdır”.


Demokratik.Az-ın məlumatına görə, bu fikirləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov yerli və xarici media təmsilçiləri üçün keçirdiyi mətbuat konfransında deyib.

O, qeyd edib ki, MSK Müsavat Partiyasının seçkilərdə iştirakı dayandırmaq barədə müraciətini müzakirə edib: "Seçki Məcəlləsində bunun həll yoxdur. Heç kəs namizədin adını seçki bülletenindən çıxara bilməz. Biz dairə seçki komissiyaların çatdırdıq ki, bu mümkün deyil. Seçkiyə 10 gün qalmışa qədər ola bilərdi. Hətta 10 qalmış da gecdir. 10 gündəm gec isə ümumiyyətlə mümkün deyil. Buna heç kimin ixtayırı yoxdur”. 

M. Pənahov vurğulayıb ki, Müsavatın qərarı başqa məqsədə hesablanmış bir addımdır: "Burada böyük bir elm yoxdur. Hamı bilir ki, 10 gündən gec bu mümkün deyil. Bizdə bir təssürat yarandı ki, bu başqa bir məqsədə xidmət edən bir adımdır”.

Anar Kəlbiyev

Demokratik.Az

Oxşar xəbərlər