Xəbər lenti
Bütün xəbərlər

Sabiq deputat,müəmmalı Gültəkin Hacıbəyliyə-Sən kimsən???

  • 29 okt 2015, 22:23
Bu gün bir cəbhədə təmsil olunan hansısa bir şəxsin bir neçə il sonra digər cəbhəyə - müxalifətçilərə mübarizə və mənəviyyat dərsi keçməsinin şahidi olsanız, heç təəccüblənməyin. Çünki bir neçə il əvvələ qədər hakimiyyətin yanında yer alan, Avropa Şurasında ehtiraslı çıxışlar edib Azərbaycanda siyasi məhbusların olmadığını, insan haqlarının pozulmadığını deyən biri var ki, əvvəlki mövqelərini itirdikdən sonra müxalifətə keçiblər və bu gün müxalifətçilərə mübarizə və mənəviyyat dərsi keçirlər.
 
Gültəkin Hacıbəyli kimi... Bugün "Azadlıq" qəzeti yazıb ki, Gültəkin Hacıbəyli seçkiyə gedənləri "darmağın" edib...
 
Gültəkin Hacıbəyli 10 il deputat olub. Deputatlığı dövründə etimad qazanan Gültəkin Hacıbəyli Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan milli nümayəndə heyətinin üzvü olub. Andreas Qrosun, Andreas Herkelin, ondan əvvəl Martines Kassanın, Nikolay Vulçanovun Azərbaycandakı seçkilər, insan haqlarının durumu və siyasi məhbuslar haqqında hesabatları, qətnamə layihələri yadınızdadır? Bax, Səməd Seyidovun rəhbərlik etdiyi və Gültəkin Hacıbəylinin üzvü olduğu həmin bu nümayəndə heyyətinin gərgin fəaliyyəti sayəsində bu qətnamələrin qəbulu hər dəfə əngəllənib.
 
Gültəkin Hacıbəyli 2008-ci ilin prezident seçkilərində YAP-ın təşkil etdiyi mitinqlərdə alovlu çıxışları ilə iqtidara sevgi və sayğılarını izhar edirdi.
Müxalifət belə bir şəxsi öz sıralarına qəbul edibsə, bu o deməkdirmi ki, həmin şəxsin digərlərinə mənəviyyat və mübarizə dərsi keçməyə haqqı var? Müxalifət prinsipiallığın plankasını o vaxt aşağı salıb ki, sıralarını genişləndirmək naminə cəmiyyətin çökdürülməsində xidmətləri olmuş şəxsləri düşərgəyə qəbul edib.  Milli Şuranın sədri Cəmil Həsənli bu yaxınlarda yazıb ki, "Gültəkin Hacıbəyli bütün həyatını Azərbaycana həsr edib”.  Hanı ədalət uğrunda mübarizə aparacaqdınız? Budurmu ədalət?
 
Osman Nərimanoğlu
Demokratik.Az