Xəbər lenti
Bütün xəbərlər

Türkiyəni nələr gözləyir?

  • 24 okt 2015, 08:28

Türkiyədə seçkilərə az vaxt qalmasına baxmayaraq, ölkədə siyasi vəziyyət hər gün dəyişir.   Bunu Axar.az-a politoloq Arzu Nağıyev deyib. Politoloq regionda baş verən siyasi proseslərin Türkiyə gündəminə və seçkilərə təsirsiz ötüşməyəcəyini bildirib:   "Türkiyə Rusiya və Suriya prezidentləri arasında oktyabrın 20-də baş tutan görüşündən olduqca narahatdır. Başqa bir tərəfdən isə Baş nazir Əhməd Davudoğlunun Suriya ilə bağlı Moskvaya verdiyi mesajlar, Ərdoğanın son çıxışları vəziyyətin ciddiliyindən xəbər verir. Bütün bunlara baxmayaraq, Rusiya öz addımlarını atır. Eyni zamanda, Rusiya rəhbərliyi regiona təsir edəcək amilləri başa düşərək Türkiyə, Səudiyyə, İordaniya, Misirin dövlət rəhbərlərinə Suriya Prezidenti Bəşər Əsədi qəbul etməsinə dair izahatlar da verib. Bu, Rusiyanın Suriya məsələsində nə dərəcədə qətiyyətli olduğunu bir daha ortaya qoydu. Ümumiyyətlə götürdükdə isə bütün bu siyasi amillər, ölkədəki daxili vəziyyət, İŞİD, qaçqın problemi noyabrın 1-də Türkiyədə keçiriləcək seçkilərə təsirsiz ötüşməyəcək”.   Politoloq Türkiyədə seçkilərə bir həftə qalmış MHP-nin başqan müavini Naci Meriçin istefasını seçki prosesinə təsir göstərəcək amillərdən biri kimi qiymətləndirib:   "Bu addım MHP-nin zəifləməsinə, AKP-ni bir addım irəliləməsinə səbəb olacaq”. 

 

Demokratik.Az

Oxşar xəbərlər