Putin Rusiyanın Suriyadakı məqsədini açıqladı

  • 22 okt 2015, 22:29

 

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiyanın Suriyada həyata keçirdiyi əməliyyatın yeganə məqsədi sülhün bərqərar olmasına dəstək verməkdir.

V.Putin Rusiyanın Suriyada keçirdiyi əməliyyatın tam legitim olduğunu qeyd edib.  
 
"Rəsmi Dəməşqin dəstək barədə müraciətindən sonra biz bu ölkədə hərbi əməliyyat keçirməyə  qərar verdik. Bir daha qeyd edirəm ki, bu əməliyyat tam legitimdir. Onun yeganə məqsədi - sülhün bərqərar olmasına dəstək verməkdir”, deyə Putin bildirib.   
 
Rusiya prezidenti Rusiya aviasiyasının əməliyyatlarının rəsmi Dəməşqə siyasi nizamlanma sahəsində növbəti addımların atılması üçün zəmin yaradacağına ümidvar olduğunu bildirib .