Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

{time}  

"Ən böyük günahkar Əli Kərimlidir,biz ona görə yarandıq ki, buna yox deyək”. Razi Nurullayev

"Ən böyük günahkar Əli Kərimlidir,biz ona görə yarandıq ki, buna yox deyək”. Razi Nurullayev

 

"1988-ci ildə başlayan Milli Azadlıq Hərəkatının qarşısına qoyduğu məqsəd və vəzifələr həyata keçirilməyib. Müstəqillik əldə olunub, ancaq sosial-siyasi, hüquqi vədlər yerinə yetirilməyib. Müxalifət olaraq xalqa verdiyimiz sözü tuta bilmədik”.


Demokratik.Az xəbər verir ki, bu fikirləri Razi Nurullayev AXCP Etimad Qurultayında çıxışı zamanı deyib.

R.Nurullayev AXCP sədri Əli Kərimlini sərt tənqid edərək onu istefaya səsləyib: "Xalqa vəd etdiyimiz ağ günü göstərə bilmədik. Birbaşa olaraq xalqın yanında ola bilmədik. Çox acı haldır ki, 10 illiklər ərzində xalqın yanında olduğu deyilən insanlar bunu edə bilmədi. Əbülfəz Elçibəyin yaratdığı AXC hər bir ailəni əhatə edirdi. Amma bu gün belə deyil. Elçibəy xalqın adamı idi, səmimi idi, ürəyi xalqla vururdu. Fərqli düşünənlər ola bilərdi, o, çox humanist insan idi. Bu gün belə insanlara ehtiyac var. Zaman-zaman AXC partiyaya çevrildi, ancaq öhdəliklərini yerinə yetirə bilmədi, xalqdan ayrı düşdü. Bunun birbaşa günahkarı kimi Əli Kərimli və digər müxalifət liderlərini görürəm. 10 illiklərlə aparılan bir siyasət müsbət nəticələnmirsə, onlar kənara çəkilməli idilər. Bir lider söz verirsə, nəticə ilə bağlı öhdəlik götürürsə, xalqa vəd verirsə, nəticə göstərməlidir. Əks təqdirdə kənara çəkilməlidir. 

Müxalifət adına iddialı olan yalançı liderlərin də övladları xaricdə oxuyur, sosial problemləri yoxdur. Amma hər bir cəbhəçi zülm içində yaşayır, onlar isə boş vədlər verir. Biz ona görə yarandıq ki, buna yox deyək”.
Template not found: /templates/Front/modules/rightside_fullstory.tpl

Bütün xəbərlər

{readnews}
2020 - SİÇAN İLİ NƏLƏR VƏD EDİR?

«    Fevral 2020    »
B.e.Ç.a.ÇC.a.CŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.