ATƏT sədri Əliyev və Sarkisyanın mümkün görüşündən danışdı

  • 12 okt 2015, 15:06
ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə Minsk qrupu payızda danışıqlar apara bilər, Ermənistan və Azərbaycan liderlərinin də görüşü mümkündür.


Bu barədə ATƏT-in baş katibi Lamberto Zanyer Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının daimi şurasında çıxış edərkən bəyan edib.

Onun sözlərinə görə, o, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bördüja ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib.

"Biz regionda və Azərbaycan-Ermənistan sərhəddində gərginliyin artmasından narahatıq, siyasi rəhbərlik ilə iş labüddür”, - Zanyer bəyan edib.

"Bizim Nyu-Yorkda Baş Assambleyanın gedişatı zamanı xarici işlər nazirləri, Minsk qrupunun həmsədrləri ilə görüşümüz olub. Payızda daha bir görüşün baş tutması mümkündür. Biz ümid edirik ki, Ermənistan və Azərbaycan liderlərinin görüşü mümkün olacaq”, - o əlavə edib.\oxu.az\
Oxşar xəbərlər