Poroşenko: “Putinə qətiyyən inanmıram”

  • 12 okt 2015, 15:01
Ukrayna prezidenti Pyotr Poroşenko bəyən edib ki, Rusiya lideri Vladimir Putinə qətiyyən etibar etmir. Modern.az xarici mediaya istinadən bildirir ki, dövlət başçısı bu haqda silahlı qüvvələrin briqada, alay və batalyon komandirləri ilə görüşündə açıqlama verib.


"Biz anlayırıq ki, hərbi döyüşlər istənilən an yenidən başlaya bilər. Yüksək hərbi əhval-ruhiyyə, yüksək intizam və yüksək hazırlıq – bu bizim sizinlə indiki vəzifəmizdir. Nəyə görə? Sizə deyə bilərəm ki, mən Putinə qətiyyən Putinə etibar etmirəm, mən onun oyuncaqlarına etibar etmirəm, mən onun vədlərinə qətiyyən inanmıram”, - prezident deyib.
Oxşar xəbərlər