Xəbər lenti
Bütün xəbərlər

Bordyuja: Rusiya Ermənistan üçün müharibə etməyəcək

  • 18 iyun 2015, 20:07

"Münaqişə neqativ inkişaf meyillidir”.

KTMT Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyət barədə məlumata malikdir.

Demokratik.Az xəbər verir ki, bu barədə təşkilatın baş katibi Nikolay Bordyuja iyun ayının 18-də baş tutan Moskva-Astana-İrəvan telekörpüsü zamanı deyib.

Azərbaycanlı jurnalistin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) mümkün roluna toxunan sualına cavab verərkən Bordyuja, beynəlxalq mexanizmlərin, o cümlədən də ATƏT-in Minsk qrupunun mövcud olduğunu vurğulayıb.

"O, vəziyyətdən çıxış yolu məsələlərini araşdırmaqla məşğuldur, qarşılıqlı razılığın əldə ediləcəyi həll yollarını axtarır. Mən əminəm ki, digər institutlar qarışıqlıq salmamaq üçün bu prosesdə iştirak etməməlidirlər. Beynəlxalq ictimaiyyət bu funksiyanı Minsk qrupunun üzərinə qoyub”, - Nikolay Bordyuja qeyd edib.

KTMT baş katibi qeyd edib ki, təşkilat vəziyyətə dair məlumatlara malikdir, baş verənlərdən xəbərdardır, atışmalar və həlak olanların sayı barədə məlumatlar alır.

Nikolay Bordyuja xatırladıb ki, münaqişə neqativ inkişaf meyillidir.

"Amma KTMT işə qarışa bilməz, müvafiq mandata sahib deyil”, - Bordyuja qeyd edib.

Bununla yanaşı baş katib qeyd edib ki, Ermənistan KTMT-nın tamhüquqlu üzvüdür və öz ərazisində vəziyyətin neqativ inkişafı zamanı KTMT həmkarlarından yardım ala bilər.  

"Qaynar nöqtələrdə” hərbi əməliyyatlara gəldikdə isə, Bordyuja bu inkişafa yol verilməyəcəyini qəti bəyan edib:

"Nə Qarabağda, nə Dnesteryanı, nə də digər nöqtələrdə münaqişənin həllini silah ilə əldə etmək mümkündür. Hansısa mərhələdə taktiki üstünlük əldə etmək olar, amma bu, illərlə qana qərq olmaq deməkdir”.

Oxşar xəbərlər