Xəbər lenti
Bütün xəbərlər

İlqar Məmmədov həbsxanadan Türkiyəyə məktub yazdı

  • 09 iyun 2015, 13:36

 

REAL Hərəkatının sədri İlqar Məmmədovun Türkiyədə keçirilən 7 iyun parlment seçlilərininin nəticəsinə uyğun olaraq parlamentdə təmsil olunacaq AKP sədri Ahmet Davutoğluna, CHP sədri Kamal Kılıçdaroğluna, MHP sədri Devlet Bahçeliye və HDP həmsədri Selahettin Demirtaş və Figen Yüksekdağa təbrik məktubu ünvanlayıb.

Təbirkdə deyilir: Hörmətli partiya başqanları, Sizi 7 iyun 2015-ci il seçkilərində demokratiyanın Türkiyədə daha bir zəfəri münasibətilə ürəkdən təbrik edirəm. Uzun illərdir Türkiyə Cümhuriyyəti dünya əhəmiyyətli demokratik təcrübə yaşayır və onu bütün bəşəriyyətin marağında zənginləşdirir. Çox ümid edirəm ki, Türkiyənin gözəl nümunəsi Azərbaycanda da demokratik tərəqqiyə lazım olan yeni nəfəs verəcək.

Fürsətdən istifadə edərək qeyd etmək istəyirəm ki, Türkiyə Cümhuriyyətinin Dağlıq Qarabağ münaqişəsinin həllində imkanlarını bu seçkilərin nəticələri genişləndirəcək. Xatırladım ki, 2009-cu ildə REAL Hərəkatı Türkiyə-Ermənistan sərhədlərin açılmasının dəstəkləyən Azərbaycanda yeganə siyasi təşkilat idi. O zaman sərhəd açılsaydı bu gün Ermənistanın mövqeyində çox ciddi dəyişikliklər artıq baş vermiş olardı və Qarabağ münaqişəsinin dinc yolla həllinə yeni, əvvəllər görünməmiş imkanlar açardı. Ümid edirəm, Türkiyədə qurulacaq yeni hökumət yeni dəyərləndirmə əsasında doğru qərarlar verərək Azərbaycanın ərazi bütövlüyünün bərpası və Güney Qafqazda sülhə doğru əməkdaşlığa yeni yollar açacaq".
Oxşar xəbərlər