Xəbər lenti
Bütün xəbərlər

Rüstəm İbrahimbəyov ABŞ-a getdi - Səbəb

  • 09 iyun 2015, 12:54
Xərçəng xəstəliyinə tutulan, kinorejissor, Milli Şuranın Fəxri Sədri Rüstəm İbrahimbəyov təcili ABŞ-a gedib.

AzNews.az-a daxil olan məlumata görə, buna səbəb İbrahimbəyovun səhhətinin birdən-birə ağırlaşması olub.

Rejissor aznews.az-a ABŞ- getdiyini təsdiqləyib. Bildirib ki, hazırda özünü nisbətən yaxşı hiss edir: "Şükürlər olsun ki, səhhətim yaxşıdır. Amerikadayam, müalicəmi burada davam etdirirəm”.

Xatırladaq ki, tanınmış kinorejissor Rüstəm İbrahimbəyov mətbuata müsahibəsində bir ilə yaxındır ki, xərçəng xəstəliyindən əziyyət çəkdiyini və bu üzdən də Azərbaycana gələ bilməməsini deyib.
Oxşar xəbərlər