Milli Şura Bakıda mitinq keçirdi

  • 30 may 2015, 20:21
Mitinq qətnamənin oxunması ilə başa çatıb.

Milli Şura Yasamal rayonundakı keçmiş "Məhsul” stadionunda mitinq keçirib.
 

APA-nın məlumatına görə, mitinq vaxtından yarım saat gec başlayıb və yarım saat tez bitib.
 

Mitinqdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Əbülfəz Qurbanlı, AXCP sədri Əli Kərimli, "Azadlıq” qəzetinin baş redaktoru Rahim Hacıyev və Milli Şuranın sədri Cəmil Həsənli çıxış ediblər.

Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, saat 15.30-dan 16.30-dək davam edən toplantıda həmin quruma daxil olan ayrı-ayrı partiyaların və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 400 (dörd yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib.

Aksiyada Müsavat, ADP, KXCP və digər müxalif partiyalar iştirak etməyiblər.

Mitinq qətnamənin oxunması ilə başa çatıb.

Oxşar xəbərlər