Xəbər lenti
Bütün xəbərlər

İstanbulun mərkəzində minlərlə Azərbaycan bayrağı dalğalandırıldı - FOTOLAR

  • 30 may 2015, 07:44

Bu gün İstanbulun Taksim meydanında Azərbaycan Respublikasının İstanbul Baş Konsulluğunun dəstəyi və ölkəmizin bir sıra aparıcı KİV-nin ( Yenicag.az, Aznews.az, Ölkə.az, Azxeber.com, Editor.az, Hocalihaber.com) təşkilatçılığı ilə 28 may Respublika gününə həsr olunmuş Azərbaycan stendi açılıb və bayraq aksiyası keçirilib. İstiqlal prospektindəki tarixi Qalatasaray liseyinin önündə baş tutan aksiya "Bayrağınla yüksəl Azərbaycan” şüarı ilə baş tutub.

Tədbirdə İstanbulda yaşayan tanınmış azərbaycanlılar, bu şəhərdə təhsil alan gənclər, iş adamları iştirak ediblər.

Tədbiri giriş sözü ilə aksiyanın təşəbbüskarı, "Yeni Çağ” qəzetinin baş redaktoru Aqil Ələsgər açaraq, Respublika gününün tarixçəsindən və müasir Azərbaycanın inkişaf mərhələlərindən danışıb.

"Azxeber.com” saytının baş redaktoru Hacıbəy Heydərli isə Türkiyə-Azərbaycan əlaqələrindən bəhs edib.

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası başqan müavini Mətin Özər, "Qlobal Karyer” İnstitutunun direktoru Orxan Həsənoğlu, Editor.az saytının baş redaktoru Fərid Şahbazlı, Hocalıhaber.com saytının baş redaktoru Kəbutər Haqverdi, tanınmış jurnalist Əfsələddin Ağalarov və digər qonaqlar çıxış edərək, tarixi günün əhəmiyyətindən, Azərbaycanla Türkiyə münasibətlərindən danışdılar.

Daha sonra minlərlə bayraq və Azərbaycanla həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı və Bakı 2015 I Avropa Oyunları ilə bağlı disk, kitab, broşura və bukletlər paylanılıb.

Qeyd edək ki, tədbir "Xalq City” MMC-nin dəstəyi ilə baş tutub.

Aksiyada İstanbul Azərbaycan Gənclər Platformu da iştirak edib.

 
 
 

Oxunma : 395
Oxşar xəbərlər