ATƏT sədri Azərbaycana gəlir

  • 29 may 2015, 21:30

ATƏT-in fəaliyyətdə olan sədri, Serbiya xarici işlər naziri İvitsa Daçiç Azərbaycana səfər edəcək.
 
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən apa-ya verilən məlumata görə, səfər 31 may-1 iyun tarixində baş tutacaq.
 
Səfər çərçivəsində İ. Daçiçin Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub.

Oxşar xəbərlər