Xəbər lenti
Bütün xəbərlər

İlham Əliyevə təbriklər var

  • 27 may 2015, 19:25

3 ölkənin rəsmisi Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə Respublika Günü münasibətilə təbrik məktubu gönrərib. 

Demokratik.Az-ın məlumatına görə, təbrik məktublarında deyilir:

"Zati-aliləri,
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimizi çatdırmaqdan məmnunluq duyuruq.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə xoşbəxtlik və cansağlığı, dost Azərbaycan xalqına isə davamlı inkişaf və tərəqqi arzulayırıq.

Omanın Sultanı Qabus bin Səid”.

***

"Möhtərəm İlham Heydər oğlu,

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Azərbaycan Respublikası sosial-iqtisadi, elmi-texniki və mədəni inkişaf yolunda sanballı uğurlar qazanıb. Beynəlxalq məsələlərdə Azərbaycanın fəal rolu hamı tərəfindən etiraf edilib. Həştərxan vilayəti ilə Azərbaycan Respublikası arasında münasibətlər qədim dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanır. Əminəm ki, biz gələcəkdə də birgə səylərlə konstruktiv siyasi dialoqun, praktiki əməkdaşlığın müxtəlif istiqamətlərdə inkişafını təmin edəcəyik. Təbii ki, bu, dövlətlərimizin xalqlarının rifahına xidmət edəcək.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, Azərbaycan Respublikasının vətəndaşlarına firavanlıq və əmin-amanlıq arzu edirəm.

Hörmətlə, Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin”.

***

"Hörmətli İlham Heydər oğlu,

İcazə verin, milli bayramınız – Respublika Günü münasibətilə Sizi və Azərbaycan xalqını ürəkdən təbrik edim.

Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin bundan sonra da xalqlarımızın birgə maraqlarına, istəklərinə uyğun şəkildə daha da möhkəmlənəcəyinə və inkişaf edəcəyinə əminliyimi bildirmək istəyirəm.
Ölkənizin daha da çiçəklənməsi və xalqınızın firavanlığı naminə ali dövləti fəaliyyətinizdə Sizə böyük uğurlar diləyirəm.

Dərin hörmətlə, Koreya Xalq Demokratik Respublikasının Ali Xalq Məclisinin Rəyasət Heyətinin sədri Kim En Nam”.

Oxşar xəbərlər