Türkiyənin nazir müavini Azərbaycana təşəkkür edib

  • 23 iyun 2022, 11:53

Türkiyənin gənclər və idman nazirinin müavini Halis Yunus Ersöz Azərbaycana təşəkkür edib.

Diplomat İslam Əməkdaşlıq Gənclər Forumunun gənclər və idman sahələrində Daimi Nazirlər Şurasının 5-ci iclasının Bakıda təşkilinə görə Azərbaycana, gənclər və idman naziri Fərid Qayıbova minnətdarlığını çatdırıb.

Halis Yunus Ersöz, həmçinin, Azərbaycanın keçmiş gənclər və idman naziri mərhum Azad Rəhimovun xatirəsini yad edib.

O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəstəyi ilə V İslam Həmrəylik Oyunlarını uğurla keçirmək niyyətində olduqlarını bildirib: "Bunun üçün əlimizdən gələni edirik. 15-dən çox idman obyekti seçmişik. Hamısı hazır vəziyyətdədir. Burada 24 idman növü üzrə mübarizə gedəcək. 5 mindən çox idmançı və 8 mindən çox qonağı qəbul edəcəyik".

Nazir müavini sentyabrda başqa bir tədbirə ev sahibliyi edəcəklərini vurğulayıb: "Bursada Dünya Köçəri Oyunları keçiriləcək. Bütün qonaqları həmin yarışa dəvət edirəm. İnanıram ki, 2022-ci il bizim üçün idman ili kimi yadda qalacaq".

Oxşar xəbərlər