Ceyhun Bayramov Tedros Qebreyesus ilə görüşüb

  • 16 iyun 2022, 22:25

16 iyun 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, 9-cu Bakı Qlobal Forumunda iştirakı çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qebreyesus ilə görüşüb.

Tərəflər, ÜST və Azərbaycan arasında qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərini yüksək qiymətləndiriblər.

Nazir Ceyhun Bayramov ölkəmizin ÜST ilə əməkdaşlığa yüksək önəm verdiyini qeyd edib; bu günədək ÜST-ün ölkəmizdə həyata keçirdiyi layihələrin, habelə Azərbaycanın pandemiya ilə mübarizədə irəli sürdüyü təşəbbüslərin əhəmiyyəti vurğulanıb.

Baş direktoru Tedros Qebreyesus Azərbaycanın Covid-19 ilə mübarizədə çoxsaylı ölkələrə göstərdiyi yardımı və qlobal sağlamlığa vetdiyi töhfəni minnətdarlıqla qeyd edib.

Nazir Ceyhun Bayramov, qarşı tərəfə münaqişədən sonrakı mərhələdə bölgədə aparılan quruculuq işləri və məcburi köçkünlərin öz evlərinə təhlükəsiz geri dönüşünü təmin etmək üçün atılan addımlar barədə məlumat verib.

ÜST-ün rəhbəri Azərbaycana müvafiq dəstəyi göstərməyə hazır olduğunu bildirib.

Görüşdə, həmçinin beynəlxalq gündəliyin aktual məsələləri üzrə fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər