Hikmət Hacıyev diplomatlara “Tunel qırğını” barədə məlumat verib

  • 01 iyun 2022, 09:16
Azərbaycanda akkreditə olmuş diplomatik korpus nümayəndələri və hərbi attaşelər Kəlbəcər səfəri çərçivəsində ermənilər tərəfindən törədilən "Tunel qırğını" baş verən ərazidə olublar.
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev nümayəndə heyətinə Kəlbəcər-Laçın yolundakı məşhur Tuneldə 1993-cü ilin 31 martında ermənilərin dinc sakinlərə qarşı həyata keçirdiyi qətliam barədə, həmçinin Kəlbəcərin Başlıbel kəndində kənd sakinlərinə qarşı törədilən qətliam haqda məlumat verir. Həmin hadisələrdən bəhs edən sənədli filmlərin müəllifi jurnalist Vüsalə Məmmədovanı təqdim edir.
"Tunel qırğını" şahidləri də diplomatlara ərazidə ermənilərin törətdiyi faciə barədə məlumat veriblər. Qətlə yetirilən insanların xatirəsi yad olunub.
Diplomatik korpus nümayəndələri və hərbi attaşelərin Kəlbəcərə səfəri davam edir.
Oxşar xəbərlər