Şamil Ayrım: "Heydər Əliyev Türkiyə ilə əlaqələri iki müttəfiq ölkə səviyyəsinə yüksəldib"

  • 09 may 2022, 21:53
"Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri Türkiyə ilə əlaqələrin iki müttəfiq ölkə səviyyəsinə yüksəlməsi ilə nəticələnib".
Bu fikirləri "Report"un yerli bürosuna açıqlamasında Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım bildirib.
Şamil Ayrım Türkiyə ictimaiyyətinin Heydər Əliyev kimi fenomen siyasi şəxsiyyətlə tanışlığından bəhs edib:
"Türkiyə ictimaiyyəti Heydər Əliyev kimi dahi bir siyasi lideri, 20 Yanvar hadisələrindən sonra daha da yaxından tanıdı. Bu tanışlıq qısa müddət ərzində xüsusi bir sevgi və hörmətə çevrildi"
Ş.Ayrım Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünün tarixi dövrlə üst-üstə düşdüyünü qeyd edib:
"Düşünürəm ki, Heydər Əliyev kimi uzaqgörən siyasi xadim məhz bu günlərin də gələcəyini hesablaya bilib. Bu baxımdan Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ərəfəsində Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, Şuşa Bəyannaməsinin imzalanması, azad olunan torpaqlarda yenidənqurma işləri və tarixi ədalətin bərpa edilməsi missiyası ilə Ümummilli liderin də ruhu şaddır".
Oxşar xəbərlər