Demokratik TV
Xəbər lenti
Demokratik.Az » Xəbərlər » Siyasət » Əli Əsədov və Samir Nuriyevin azad olunan ərazilərə səfəri başlayıb
Əli Əsədov və Samir Nuriyevin azad olunan ərazilərə səfəri başlayıb
- 01 mart 2022, 11:55
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Baş nazir Əli Əsədovun və Prezident Administrasiyasının, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin başçılığı altında aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərindən ibarət nümayəndə heyətinin işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb.
Məlumatda bildirilir ki, məqsəd dövlətimizin başçısı tərəfindən müəyyən edilmiş tapşırıqların icrası ilə yerində tanış olmaq, müxtəlif dövlət qurumlarının həyata keçirdiyi genişmiqyaslı infrastruktur layihələrinin, tikinti, bərpa, quruculuq və abadlaşdırma işlərinin gedişatını nəzərdən keçirməkdir.
Səfər çərçivəsində Füzuli Beynəlxalq Hava Limanına, “Füzuli” yarımstansiyasına, Horadiz-Ağbənd avtomobil və dəmir yollarının tikinti sahəsinə, minatəmizləmə əməliyyatlarına, “Araz Vadisi İqtisadi Zonası”nın Sənaye Parkına, Zəngilan Beynəlxalq Hava Limanının tikintisinə, Zəngilan rayonunun Ağalı kəndinə və s. yerlərə baxış keçiriləcək.
Yekunda Şuşa şəhərində aidiyyəti dövlət qurumlarının rəhbərlərinin iştirakı ilə müşavirənin keçirilməsi nəzərdə tutulur.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Prezident gözlənilən əfv sərəncamını imzaladı - SİYAHI
İlham Əliyevin mətbuat konfransının TAM MƏTNİ
Prezident "Media haqqında" qanunu təsdiqlədi - Tam Mətn
“Media haqqında” qanun layihəsinin tam MƏTNİ
Prezident yerli iş adamlarını azad olunan ərazilərə çağırdı
İlham Əliyev və xanımının Cəbrayıl və Zəngilana səfəri məhsuldar olub - (Foto+Video)
Prezident Cahangir Hacıyevlə ƏIi Abbasovun adını siyahıdan çıxardı
İlham Əliyev Cavid Qurbanovu qəbul edib - FOTO
İlham Əliyev əfv sərəncamı imzaladı - TAM SİYAHI
Əli Həsənov yazdı: "On beş illik prezidentlik dövrünün möhtəşəm zəfər salnaməsi"
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti