Azərbaycan Ukraynada benzini pulsuz paylayacaq

  • 26 fev 2022, 22:36
Azərbaycanın SOCAR şirkəti Ukraynada xüsusi avtomobillər üçün benzini pulsuz verəcək.
Bu barədə virtualaz.org-a hökumətdəki mənbələrdən məlumat verilib.
Azərbaycan Dövlət Neft Şirkəti Ukraynadakı yanacaqdoldurma məntəqələrinə göstəriş verib. Təlimata əsasən, SOCAR-ın Ukrayna şəhərlərindəki yanacaqdoldurma məntəqələrində təcili tibbi yardım, yanğınsöndürən maşınlar və digər humanitar yardım maşınları pulsuz yanacaqla doldurulur.
Oxşar xəbərlər