Avropanın iki cinsli sevgisi

  • 23 may 2015, 11:28
Sən demə, Dağlıq Qarabağ əvvəl ərazicə Laosa və ya Vyetnama məxsus olub, indi də guya müstəqilləşib. Serj Sarkisyanın Riqa sammitində çıxışı tam bu sərsəm fikirin ətrafında qurulmuşdu.


O bildirib ki, Dağlıq Qarabağın Azərbaycan ərazisinə heç bir dəxli yoxdur, çünki heç zaman Azərbaycanın bir hissəsi olmayıb. Erməni gəvəzə nədənsə Ermənistanın işğal etdiyi başqa ərazilərdən danışmayıb.

Qarabağ terrorçusu dərhal göz yaşları tökməyə başlayıb və toplaşanlara uydurma soyqırımın yüzilliyindən bəhs etməyə başlayıb. Ermənilərin Qarabağ məzhəkəsinin "Şərq tərəfdaşlığı" sammitinə nə dəxli olmasını isə izah etmədi.

Avropa öz yekun sənədində Krımı tutmasına görə Rusiyanı mühakimə edib, amma digər işğalçının - xristian Ermənistanının ünvanına bir kəlmə də deməyib. Belə çıxır ki, biri işğal edə bilər, digəri yox.

Bu barədə Azərbaycan prezidenti İlham Əliyev dəqiq deyib: "Təəssüf ki, bu gün dünyada mövcud olan ikili standartlar və təcavüzkar dövlətlərin təcavüz qurbanları ilə eyniləşdirilməsi Qarabağ münaqişəsinin həllini ləngidir. Əgər hansısa münaqişə dondurulursa, onda yeni münaqişə üçün əsas yaradılır".

Həqiqətən, tezliklə Avropa bunu öz çiynində hiss edə bilər. Artıq Böyük Britaniyada, Fransada, İspaniyada və Belçikada seperatizm cücərtiləri peyda olub. Xoşbəxtlikdən, məsələlər, hələ ki, referendum yolu ilə həll edilir. Amma bu narahat dünyada hər şey tərsinə dönə bilər.

Dağlıq Qarabağ və işğal edilmiş digər Azərbaycan torpaqları ya diplomatik, ya da hərbi yolla qaytarılacaq. Bunu Ermənistanın özündə də, Avropa Birliyində də yaxşı başa düşürlər. Amma hamı ümid edir ki, böhran öz-özünə səngiyəcək. Amma bu dünyada möcüzələr baş vermir.

Xəstəliyi mütləq müalicə etmək lazımdır, əks halda daha böyük böhrana səbəb ola bilər.
Oxşar xəbərlər