Xəbər lenti
Bütün xəbərlər

Bakı rəsmən imtina etdi

  • 22 may 2015, 20:13
Avropa İttifaqı (Aİ) Riqada "Şərq Tərəfdaşlığı" sammitində də göstərdi ki, Azərbaycana qarşı ikili standartlara yol verir.

Bunu Milli Məclis sədrinin birinci vitse-spikeri Ziyafət Əsgərov jurnalistlərə açıqlamasında deyib.

Z.Əsgərov bildirib ki, Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edir: "Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirir. Hesab edirik ki, bizim nümayəndə heyətimiz düzgün qərar qəbul etdi və xüsusi rəylə çıxış etdi".

Onun sözlərinə görə, çox təəssüf ki, tərəfdaşlıq proqramı çərçivəsində keçirilən sammitdə də ərazi bütövlüyü məsələsinə yanlış münasibət ifadə olunub.

Z.Əsgərov onu da bildirib ki, Azərbaycan gələn ayın 18-22-də Ermənistanda (İrəvanda) keçiriləcək NATO Parlament Assambleyasının növbəti "Rose-Roth” seminarında iştirakdan rəsmi olaraq imtina edib
Oxşar xəbərlər