2021-ci ilin mühüm siyasi hadisələri BUNLARDIR

  • 01 yan 2022, 15:11
Başa çatmış olan 2021-ci il bir çox ölkələrdə, o cümlədən ABŞ kimi güclü dövlətlərdə siyasi qeyri-sabitlik və daxili konfrontasiya, bütün dünyada kütləvi iğtişaşlar və hərbi çevrilişlərlə yadda qalacaq. Belə şəraitdə bu il ərzində dünyada ən mühüm olan hadisələri seçmək çox çətindir, ona görə də onları siyasi və məntiqi əlaqələrə görə qruplaşdırmaq lazım gəlir.
I. 01.01: Böyük Britaniya tamamilə Aİ-dən çıxdı və artıq 15.09 tarixində ABŞ və Avstraliya ilə birlikdə açıq anqlo-sakson təmayüllü yeni AUKUS hərbi-texniki blokunu yaratdı.
II. 06.01: Vaşinqtonda D.Trampın tərəfdarları Kapitoliyə daxil oldular, həmin vaxt seçkilərin nəticələri müzakirə olunurdu, müzakirələrdə seçicilərin nümayəndələrinin səsləri sertifikatlaşdırılmalıydı. 
III. 29.01: V. Putin SHS-3 müqaviləsinin qüvvəsini daha beş il uzadan saziş haqda qanun imzalayıb
IV. 23.05: Minskdə təyyarənin enməsilə bağlı insident, Nexta kanalının redaktoru R. Protaseviçin həbsi.
Qərblə Rusiya-Belarus tandeminin münasibətlərinin kəskin şəkildə pisləşməsi. Payız-qış: miqrasiya böhranı.
V. 16.06: Cenevrədə Rusiya və ABŞ prezidentlərinin iştirakı ilə sammit keçirilib.
VI. 15.08: Kabilin süqutu və Əfqanıstanda hakimiyyətin taliblərə ötürülməsi. Keçid hökumətinin yaradılması. Əfqanıstan İslam Respublikasının ləğvi. Taliblər tərəfindən Əfqanıstan İslam Əmirliyinin elan edilməsi.
VII. 03.10: CPI  “Pandora arxivi”ni dərc edib.
VIII. 31.10: Qlazqoda BMT-nin iqlim dəyişikliyi üzə konfransı başlayıb.
IX. 08.12: Angela Merkel öz səlahiyyətlərini dayandırıb. AFR-in yeni federal kansleri Olaf Şolts olub.
X. 11.12.21: ABŞ demokratiya uğrunda virtual sammit keçirib.
 
"ABŞ-ın süqutu" təhlükəsi, pandemiyanın və iqlim dəyişikliyinə qarşı mübarizənin siyasi nəticələri, ABŞ-la Çin arasında gərginliyin artması, rəqəmsal məkanda müharibə, Türkiyə, İran problemləri: 2021-ci ildə dünyanın üzləşdiyi siyasi problemlərin heç də tam siyahısı deyil və görünür, gələn ilə miras qalacaq.
Daha bir "hədiyyə" isə "siyasi münaqişənin hərbi yolla həlli yoxdur" şüarının məğlubiyyəti olacaq. Sülhməramlılar bütün dünyada məğlub olublar, problemlərin böyük əksəriyyətinin həlli isə güc yolları ilə mümkün oldu.
Fevralın əvvəlində Myanmada hərbi çevriliş baş verdi, ölkədə fövqəladə vəziyyət elan edildi. İki çevriliş cəhdi də Sudanın payına düşdü, iyulda bir qrup naməlum şəxs iqamətgaha hücum etdi və Haiti prezidenti J. Moizi öldürdü, apreldə Çad prezidenti İ.Debi yaralanmalardan öldü və hərbçilər parlamentin və hökumətin buraxıldığını, ölkəni idarə etmək üçün keçid Hərbi Şuranın formalaşdırıldığını bəyan etdilər. Daha bir hərbi çevriliş Qvineyada baş verdi.
Yaxın Şərq İsrail və bir sıra ərəb ölkələrinin İrana qarşı çıxdığı, eyni zamanda Türkiyənin islam dünyasının lideri olmaq istəyini neytrallaşdırmağa can atdığı bölgədə siyasi alyansların yeni düzülüşü ilə analitikləri heyrətləndirməkdə davam edir.
İranda mühafizəkar qüvvələrin hakimiyyətə gəlməsi ilə tamamlanan bu şəraitdə əsas intriqa-nüvə sövdələşməsi (BHFP) – regionda müharibə ehtimalının istisna olunmaması ilə 2022-ci ilin əhəmiyyətli hissəsini tutacaq. Müvafiq olaraq, ABŞ-ın fəallığını dayandırdıqdan sonra Yaxın Şərq siyasətinin, az qala, yeganə mediatoruna çevrilən Rusiya-Türkiyə tandeminin rolu artır. Bu, Suriya, Liviya, Ukrayna, Cənubi Qafqaz məsələlərilə bağlı bu dövlətlərin birliyinin saxlanmasına və ya ziddiyyətlərə gətirib çıxaracaqmı, yoxsa Qərbin çoxdan gözlədiyi kimi tandemin dağılması baş verəcəkmi, bunu ən yaxın gələcək göstərəcək.
Doğrudur, bu, Qərb alyansının əsas başağrısı deyil, çünki Çin öz iqtisadi və hərbi artımı ilə, dünyada iştirakını genişləndirməklə ən nikbin proqnozları  qabaqlamağa başlayır. İyunun ortalarında Co Baydenin ilk xarici səfəri baş tutub, səfərdə məqsəd ABŞ-ın qlobal liderliyinin və Rusiya və Çinlə rəqabətdə kollektiv Qərbin siyasi birliyinin bərpası olub.
ABŞ-ın bu istəyi Əfqanıstandan qaçmaqla və Aİ (həm də NATO) tərəfindən AUKUS blokunun yaradılması ilə söndü. Avqustun sonunda ABŞ Əfqanıstanda 20 illik missiyasını başa vurdu. Sentyabrın əvvəlində Taliban son nəzarətsiz əyaləti ələ keçirdikdən sonra ölkə daxilində Qərb demokratiyasına birbaşa meydan oxuyan bir rejim qurdu.
AUKUS-un yaradılması bütün Aİ-ni şoka salsa da, əsas zərbə €50 milyarddan çox dəyərində 12 submarinin tədarükünə dair müqaviləni itirən Fransaya dəydi. Paris bu qərarı "arxadan zərbə" adlandırdı. Bu arada, Avstraliyanın ABŞ-ın qanadlı raketli nüvə sualtı qayıqlarına malik olan ölkəyə çevrilməsi yeni blokun yaradılması kimi, dünya siyasətinin bu yeni mərkəzində Çin və Rusiyanın nüfuzunun qarşısının alınması cəhdidir. Bu vaxt isə (oktyabr) ABŞ-da inflyasiya son 30 ildə rekord həddə çatıb və birqütblü dünyanın dağılması haqda söhbətlər bu ölkədə baş verən mürəkkəb daxili proseslər fonunda predmetli xarakter alıb. Noyabrın sonları Baydenin reytinqi 40% - ə qədər düşüb, lakin artıq o 2024-cü ildə ikinci müddətə namizədliyini irəli sürəcəyini bildirib. D.Tramp bu barədə daha öncə bəyan edib, intriqa isə 24 yox, 22-ci ilə təsüdüf edəcək, ABŞ-da aralıq seçkilərinin keçiriləcəyi vaxta.  
Bu kontekstdə Baydenin güzəştə getmək yoluyla Rusiyanın Çinlə əməkdaşlığa strateji xarakter vermək səylərini neytrallaşdırmaq cəhdlərinə baxmaq lazımdır. Təhlükəsizlik zəmanətlərilə bağlı ilin sonunda Rusiyaya verilmiş sənəd layihələrinə dair ABŞ və NATO-nun qəbul etdiyi qərarlar da kifayət qədər göstərişli olacaq. Rusiya NATO-ya sərhəd zolağında böyük hərbi təlimlər keçirməməyi, Ukrayna, Cənubi Qafqaz, Mərkəzi Asiya və Şərqi Avropada hər hansı hərbi fəaliyyətdən imtina etməyi təklif edib. ABŞ orta və qısa mənzilli raketlər və nüvə silahlarını öz milli ərazisindən kənarda yerləşdirməmək və artıq orada yerləşənləri geri qaytarmaq, bunun milli təhlükəsizliyə təhdid kimi qəbul edilə biləcəyi ərazilərdə silah yerləşdirməkdən çəkinmək öhdəliyini möhkəmləndirməlidir.
ABŞ NATO-nu "şərqə doğru" genişləndirməməyi və əvvəllər SSRİ-yə daxil olan ölkələrin alyansa qəbulundan imtina etməyi öhdəsinə götürməlidir. Hələ ki Ukrayna və Rusiya arasındakı gərginlik ancaq artmaqdadır və bu 2021-in ən narahatedici hadisəsidir.
Bu zaman Aİ Belarusu miqrantlardan "hibrid silah" kimi istifadə etməklə süni böhran yaratmaqda ittiham edib. Minsk və Brüssel arasında münasibətlər o qədər gərginləşib ki, prezident Lukaşenko öz ərazisində Rusiyanın nüvə silahının olmasına yol verib.
Beləliklə, 2021-ci ildə dünya demokratiya və avtoritarizm arasındakı qarşıdurma oxunda tamamilə qütbləşib. Aİ və NATO üzvləri, Latın Amerikası, Afrika və Asiyanın bəzi keçmiş demokratiyaları paradoksal şəkildə avtoritarizm düşərgəsinə düşüblər. Məhz buna görə də dünya siyasətinin bu iki cərəyanı arasında gec-tez əsl savaş başlanmalıdır. D.Bayden vaxtın itirildiyini hesab edərək, tarixdə ilk dəfə olaraq "Demokratiya sammiti" keçirib və buraya yalnız demokratik idarəçilik formasına malik 110 dövlət dəvət edilib. "Bu tədbir nümayiş etdirdi ki, demokratik dünya hər yerdə var", - Co Bayden sammitin yekun iclasında çıxışı zamanı ABŞ-da və xaricdə demokratiyanı möhkəmləndirəcəyinə söz verib.
ABŞ-da hələ 2021-ci ildə "Fəaliyyət ili"nin başlandığını elan ediblər. Fəaliyyət ilində islahatların dəstəklənməsinin gücləndirilməsi və ikinci sammitin birgə planlaşdırılması üçün sammit iştirakçıları arasında məqsədyönlü dialoq aparılacaq.
Analitiklərin qeyd etdiyi kimi, demokratiya və avtokratiya qarşıdurması 2021–ci ilin əsas trendidir və nə qədər ki belə olacaq, bu trend gələn ili də əhatə edəcək. Və qarşıdurmanın hər iki tərəfindən əsas zərbələr bu savaşda bitərəf olmağa çalışan ölkələrə endiriləcək.
Bu arada, A.Merkelin siyasətdən getməsilə Qərb demokratiyalarında əhəmiyyətli liderlərin hökmranlıq dövrü praktiki olaraq başa çatıb, halbuki, avtoritar düşərgə siyasi xaos, sporadik iqtisadi böhranlar, koronavirus pandemiyası ştamlarının multiplikasiyası şəraitində "möhkəm əl"in üstünlüklərini nümayiş etdirən yeni xarizmatik rəhbərləri irəli sürməkdən yorulmur.
Başa çatmaqda ilin sonuna yaxın (26.12) Rusiya prezidentinin mətbuat katibi Peskov bildirib: "Rusiya tamamilə demokratik ölkədir, buun əksini söyləyənlər isə Rusiya həyatının xüsusiyyətlərini bilmirlər". Mətbuat katibinin sözlərinə görə, Vaşinqtonda hansısa ölkələri demokratik, digərlərini isə qeyri-demokratik adlandırmağa çalışırlar və 9-10 dekabr tarixində ABŞ-ın keçirdiyi virtual "Demokratiya uğrunda sammit" faktiki olaraq bütün dünyanı qeyri-demokratik və demokratikə bölüb.
Qarşıdan gələn ildə rəqabət aparan siyasi sistemlərin və onların liderlərinin savaşını izləmək maraqlı olacaq.
Əli Abasov
Oxşar xəbərlər