Vladimir Putin Bakıya gəlir...

  • 21 may 2015, 19:09
Rusiya prezidenti Vladimir Putin iyunun 12-28-də Bakıda keçiriləcək I Avropa Oyunlarının açılış mərasimində iştirak edəcək.

Bu barədə APA-nın Moskva müxbirinə Rusiya prezidentinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu ilin iyun ayında prezident Vladimir Putinin Azərbaycana səfəri planlaşdırılır: "Vladimir Putin I Avropa Oyunlarının açılış mərasimində iştirakı edəcək”.

Kremlin mətbuat xidmətindən qeyd olunub ki, Rusiya prezidentinin Azərbaycana səfərinin təfərrüatları barədə ətraflı məlumat veriləcək.
Oxşar xəbərlər