İstiqlalçı babalarımızın vicdanlı səhvi və... Gorus-Qafan yolunda itirdiklərimiz

  • 07 dek 2021, 20:22
Gorus-Qafan yolunun Qubadlıdan keçən hissəsində gömrük postunun qoyulması dövlət büdcəmizə milyonlar qazandırıb. Bunu bu gün Dövlət Gömrük Komitəsi (DGK) sədrinin 1-ci müavini, general İsmayıl Hüseynov deyib.
Ürəkaçan xəbərdir. Belə xəbərlər hələ çox olacaq...
Xatırladaq ki, həmin yolda DGK-nin yeni postu heç 3 ay deyil (12 sentyabr 2021) fəaliyyət göstərir. Görün indi yolun 28 ilə yaxın işğal altında qalması Azərbaycan xəzinəsinə hansı itkilərə başa gəlib.
Bu, hələ adicə gömrük rüsumlarının tutulmaması nəticəsində düşdüyümüz ziyandır. Mənfur toplumun təbiətimizə, ekologiyamıza, tarixi, maddi-mədəni irsimizə, yeraltı sərvətlərimizə və tikililərimizə vurduğu ziyanı təsəvvür edirsizmi? Birmi-beşmi? Saymaqla qurtarmaz. Ən bəsit hesablamalara görə, söhbət 100-150 milyard dollarlıq ziyandan gedir.
Azərbaycanın Ermənistana qarşı belə bir təzminat davası açmağa təbii ki, tam haqqı, əsası var və açacaq. Sadəcə, bir azca tələssək, yaxşı olar.
Əvvəla, ona görə ki, qarşımızdakının, daha doğrusu, qonşuluğumuzdakının nə dərəcədə məkrli, həyasız, saxtakar və əcaib bir məxluq olduğunu bir an belə, gərək unutmayaq.

Fikir verin, biz onları Beynəlxalq Məhkəməyə verməmiş onlar bizi qabaqlamağa çalışırlar. Çünki əla bilirlər ki, beynəlxalq hüquq bizim tərəfimizdədir və təzminat davamızda qələbə şansları yoxdur. Təzminatın altından çıxmaq imkanları da elə. Hətta zəngin erməni lobbisi öz simvolik dövlətlərinə bu yöndə kömək üçün əlini çətin ki, daşın altına qoysun.
Demək, qalır Azərbaycana minnətçi düşmək, qarşımızda dili gödək olmaq, yalvarmaq, ilan dili çıxarmaq. Qoy çıxarsınlar. Onlara bir manat da güzəşt olmamalıdır. Natura ilə ödəyə bilməzlər, qoy əvəzində Qərbi Zəngəzuru, halalca torpaqlaırmızı geri qaytarsınlar.
Ən əsası, təzminat davası bizə təcavüzkar ermənilərə, onların terrorçu dövlətlərinə əbədi dərs vermək, işğalla bağlı iştah dişlərini həmişəlik tökmək üçün lazımdır ki, bir daha belə xəyallara düşməsinlər. Düşsələr, nəticəni dərhal göz önünə gətirsinlər...
Biz humanist, bağışlayan millətik. Bu, bizim genimizdən, qan yaddaşımızdan gəlir. Ancaq qatilə, işğalçıya aman tanınmaz, güzəşt edilməz, yumşaq üz göstərilməz. İllah da o ermənidirsə! Heç olmasa, gələcək nəsillərimizin əmin-amanlıq içində və təhlükəsiz yaşaması bunu diktə edir.
Məsələ də ondadır ki, bugünkü nəslin kiçicik səhvi belə, gələcək nəsillərin faciələrinin əsasını qoya bilər. Necə ki, ötən əsrin əvvəllərində istiqlalçı babalarımızın ermənilərə bu itləri adam bilib elədikləri güzəştlərin altını, ardınca SSRİ dönəmində davam edən analoji səhvlərin, o sırada Qərbi Zəngəzurun Ermənistan SSR-ə bağışlanması və üstəlik, Azərbaycan SSR ərazisində süni DQMQ-nin yaradılmasının altını bizim nəsil hələ də çəkir. Buna görə Xocalı soyqırımı boyda dəhşətli bədəl də ödəmişik! Başımıza hansı müsibəti gətirmədilər ki.
Deyirlər, “hər şər işdə bir xeyir başlanğıcı var”. Amma həmin xeyri tapmaq üçün vacibdir ki, şəri heç vaxt unutmayasan. Xüsusən də əgər o qonşuluğundadırsa. Yoxsa tarixdən ibrət götürməyənlər onu bir də yaşamalı olurlar...


Zahid SƏFƏROĞLU
Oxşar xəbərlər