“Apple” şirkəti Xankəndinin adını qaytardı

  • 05 dek 2021, 22:33
İşğaldan azad olunmuş Azərbaycan ərazilərinin rəsmi adları sosial platformalarda yenidən düzgün formada qeyd olunmağa başlanılıb.
Bu dəfə “Apple Map” və “Apple Weather” tətbiqi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunun ərazisində yerləşən şəhərlərin adlarını doğru formada qeyd edib.
Belə ki, tətbiqlərin istifadəçiləri artıq qondarma adlarla deyil, Şuşa, Xankəndi, Xocalı, Xocavənd kimi rəsmi adlarla qarşılaşacaqlar.//yenisabah
Oxşar xəbərlər