Xəbər lenti
Bütün xəbərlər

Lukaşenko da Riqadan imtina etdi

  • 21 may 2015, 06:47
Belarus prezidenti Aleksandr Lukaşenko 21-22 may tarixində Riqada keçiriləcək "Şərq tərəfdaşlığı” sammitində iştirak etməyəcək.

Bu barədə "Belta" agentliyinə Belarus prezidenti administrasiyasının mətbuat katibi Dmitriy Mironçuk xəbər verib.

Onun sözlərinə görə Belarus respublikası başçısının yerinə xarici işlər naziri Vladimir Makey gedəcək. O eləcə də əlavə edib ki, Riqaya getməmək barədə qərar Aleksandr Lukaşenkoya aiddir.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan respublikası prezidenti İlham Əliyevin Riqada keçirilən sammitə getməyəcəyi barədə rəsmi məlumat verilmişdi. Məlumata əsasən Avropa-2015 oyunları keçirilməsi ərəfəsində prezidentin iş qrafikindəki vaxt məhdudiyyəti səbəb göstərilsə də, diplomatik mənbələr bunun Avropaya siyasi ismarıc olduğunu bildirir.

Onu da qeyd edək ki, hər iki ölkə rəsmiləri Riqa sammitində yekun deklarasiyaya qol çəkmiyəcəkləri barədə məlumat veriblər.
Oxşar xəbərlər