Kəlbəcər rayon təşkilatı YAP-ın yaranmasının 29 illiyinə dair konfransı maskasız keçirdi - FOTOLAR

  • 19 noy 2021, 17:29
Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 29-cu ildönümü ilə əlaqədar partiyanın Kəlbəcər rayon təşkilatında da tədbir keçirilib.
Demokratik.Az bildirir ki, yerli tədbirdə YAP-ın Kəlbəcərdən olan aktiv fəalları iştirak edib. Lakin, iki gün (18-19 noyabr) davam edən rəsmi tədbirdə pandemiya qaydalarının pozulduğu müşahidə edilib.

Təqdim edəcəyimiz fotolardan da göründüyü kimi, konfrans-tədbirdə iştirak edənlər qapalı məkanda yoluxma əleyhinə tibbi maskadan və digər profilaktik vasitələrdən istifadə etməyiblər.

Onu da bildirək ki, iki gün davam edən toplantılarda YAP Kəlbəcər rayon təşkilatına uzun illərdir rəhbərlik edən Akif Əsgərov iştirak etməyib. 

Demokratik.Az
Oxşar xəbərlər