Türkiyə səfirliyi Azərbaycan xalqını təbrik edib

  • 17 noy 2021, 08:51
Türkiyənin respublikamızdakı səfirliyi tviterdəki səhifəsində 17 noyabr Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Təbrikdə deyilir:
“Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik edir, Azərbaycanın dövlət müstəqilliyinin Türkiyə və Azərbaycan qardaşlığı kimi əbədi olmasını arzu edirik!”
Oxşar xəbərlər