Hülya Avşardan yeni ilginc açıqlama: "Siyasətçi olmaq istəyirəm"

  • 14 noy 2021, 20:20
Türkiyənin məşhur sənətçisi Hülya Avşar açıqlaması ilə yenidən diqqəti öz üzərinə çəkə bilib.
Musavat.com Türkiyə mətbuatına istinadən bildirir ki, qonaq olduğu tədbirdə "Bir gün siyasətdə olmaq istərdinizmi?" sualına bu cür cavab verib:
"Siyasətə gəlmək həyatım boyu ağlımdan belə keçməyib. Amma son bir neçə ildə sənət adamları, iş adamları siyasətə o qədər qarışıblar ki...
Mənim də demək istədiyim bir çox şeylər var, amma indi deyil. Bəlkə də bir az yaşlandıqdan sonra.
Əgər mənim partiya məsələlərindən kənar, bir vətəndaş olaraq görə biləcəyim nələrsə olarsa, siyasətçi olmaq istərdim".
Oxşar xəbərlər