TBMM sədri: “Azərbaycanın haqlı zəfərinin coşqusunu bölüşürük”

  • 08 noy 2021, 12:12
“Dost və qardaş Azərbaycan xalqını türk milləti və öz adımdan təbrik edirəm. “İki dövlət, bir millət” şüarı ilə əlaqələrimizi davam etdirdiyimiz Azərbaycanın haqlı zəfərinin coşqusunu bölüşürük”.
“Anadolu” agentliyinin verdiyi xəbərə görə, bu fikirlər Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentopun Milli Məclisin sədri Sahibə Qafarovaya Zəfər Günü münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb./apa/
Türkiyə parlamentinin sədri bildirib ki, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan 44 gündə tarix yazıb və 30 il davam edən işğala son qoyub.

“Bu haqlı mübarizə nəticəsində 8 noyabr 2020-ci il tarixində hamımız üçün böyük anlamı olan Şuşa işğaldan azad edilib, Azərbaycan döyüş meydanında qazandığı zəfəri 9 noyabrda imzalanmış üçtərəfli bəyanatla taclandırıb. Vətən müharibəsində şəhadətə ucalan əziz qəhrəmanlarımızı rəhmət və sayğı ilə anırıq”, - məktubda bildirilib.



Oxşar xəbərlər