Azərbaycan XİN naziri Ermənistana ÇAĞIRIŞ etdi

  • 07 noy 2021, 21:48
"Çağırışımız sadədir - qonşu ölkənin suverenliyinə və sərhədlərinə hörmətlə yanaşmaq, inkişaf edən bölgənin inkişaf edən hissəsinə çevrilmək lazımdır".
Bunu xarici işlər naziri Ceyhun Bayramov ADA Universitetində “44 Günlük Zəfər Yolu” mövzusunda keçirilən konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan yalnız niyyətini ortaya qoyub çağırış edə bilər: "Bu çağırışlara cavabı Ermənistan rəhbərliyə verəcək. İstəyimiz sülh və əmin-amanlıq mühitinin davamlı olmasıdır. Əminəm ki, ölkəmizin inkişafı bundan sonra da davam edəcək".
Oxşar xəbərlər