İran Türkiyə ilə sərhədlərini birtətəfli qaydada bağladı - FOTO

  • 05 okt 2021, 15:59
Azərbaycan-Ermənistan müharibəsi zamanı və bundan sonra İrəvana yaxın mesajlar verən İran inanılmaz addımlarını davam etdirir. Bu addımlardan biri də Tehran rəhbərliyinin Azərbaycan sərhədləri yaxınlığında hərbi təlimlərə başlamaq qərarı oldu.
Avropa.info xəbər verir ki, İran növbəti dəfə skandal qərar verib. Türkiyəyə yönəlmiş bu qərara görə, İran Türkiyə ilə sərhədlərini birtərəfli qaydada bağlayıb.
Qarabağ müharibəsində Ermənistanın məğlubiyyətindən sonra xəyal qırıqlığına uğrayan İran Azərbaycana qarşı aqressiv bir münasibət sərgiləyir və bu dəfə rəsmi olaraq Türkiyəyə qarşı addım atıb.
İranlı jurnalist Taha Kermani İranın Türkiyə ilə sərhədini birtərəfli qaydada bağladığını yazıb.
Kermani açıqlamasında, "Dünən İran tərəfi birdən -birə Türkiyə ilə sərhədi bağlayaraq böyük bir skandala səbəb oldu. Kapıköy sərhəd qapısından paylaşılan görüntülər Türkiyəyə keçə bilməyən iranlıların reaksiyasını göstərir", deyib.
Kermaninin yazdıqlarından aydın olur ki, rəsmi Tehran Türkiyə ilə sərhədlərini bağlaması ilə qərarında pandemiyanı bəhanə edib. İran rəsmilərinin qəbul etdiyi qərarda növbəti qərara qədər Türkiyə ilə sərhədin bağlı olacağını açıqlanıb.
Oxşar xəbərlər