Demokratik TV
Ermənistana yük daşıyan azərbaycanlılar: Məcburiyyət, yoxsa xəyanət?
Son günlər İran tərəfindən Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazilərinə qaçaqmalçılıq yolu ilə naməlum yüklərin daşınması gündəmi zəbt edib.
Ötən gün isə Gorus-Qafan avtomobil yolunda Ermənistana qanunsuz yük daşıyan 2 İran vətəndaşının saxlanılması barədə məlumat yayıldı.
Azərbaycan tərəfi haqlı olaraq öz ərazisindən aparılan yüklərin yoxlanılması məqsədi ilə Gorus-Qafan avtomobil yolunun Qubadlı rayonu ərazisindən keçən hissəsində polis postu qurub. Bu isə Azərbaycan ərazisindən keçərkən yoxlanan İran vətəndaşlarının etirazına səbəb olub. Etirazın səbəbi isə bir qədər gülməlidir. Çünki həmin şəxslər gömrük rüsumu ödəməyə və ölkəmizin ərazisindən keçərkən yoxlanılmaqlarına etiraz edirlər. İşin həm də təəssüf doğuran başqa bir tərəfi videolardakı şəxslərin öz etirazlarını Azərbaycan dilində, doğma Təbriz şivəsində söyləməkləridir.
İstər 30 ilə yaxın davam edən işğal dövründə, istərsə də 44 günlük Vətən Müharibəsi müddətində biz İranda yaşayan soydaşlarımızdan yüksək mənəvi dəstək, həmrəylik gördük. Dərdimizi öz dərdləri, sevincimizi öz sevincləri bildilər cənublu qardaş- bacılarımız. Amma təəssüflər olsun ki, İranda yaşayan bəzi soydaşlarımız bu kadrlarda gördüyümüz şəxslər kimi o həmrəyliyi nümayiş etdirə bilmirlər. Üstəlik başqa bir ölkənin ərazisindən istifadə edərkən həmin ölkənin qanunlara əməl etməli olduqlarından da xəbərsizdirlər.
Deputat Sabir Rüstəmxanlının sözlərinə görə, İran maşınlarının Azərbaycan ərazisindən keçərək Ermənistana yük daşıması heç də təəccüb doğuran hadisə deyil: “Ermənistanın ən ağır vaxtlarında İran onun yanında olub. Ermənistana yardım edib, yanacaqla təmin edib, yollar açıb. Bir şiə-müsəlman dövləti, bir xristian dövlətini 30 ildir ayaq üstə saxlayan gücə çevrilib. Bu səbəbdən maşınların nömrəsini dəyişərək, ya başqa formada ora getməsi bizə təəccüblü deyil. Müharibə vaxtı da eyni şeylər davam edirdi. Azərbaycan öz səsini qaldırandan sonra Güney Azərbaycanda soydaşlarımız etiraz edərək öz iradəlini göstərdilər. Buna baxmayaraq, həmin hiyləgər plan yenə davam edir. Azərbaycan təbii ki, buna sakit baxa bilməz”.
Sabir Rüstəmxanlı bu yükləri daşıyanlar arasında güneyli soydaşlarımızın olmasını da gözlənilən hal kimi dəyərləndirib. Onun sözlərinə görə, bəzi soydaşlarımız maddi maraqlarına qurban gedirlər: “İran dövləti rəsmən bizim ərazi bütövlüyümüzü tanıyır. Bizim Qarabağda qələbəmizi Arazın o tayından durub alqışlayanlar var idi. Lakin maddi maraq olan yerdə bəzən bu cür hallar da baş verir. Həmçinin İranda fəaliyyət göstərən Ermənistan şirkətləri də var ki, onların əməkdaşları da olar. Hər bir halda bu məsələlər araşdırılmalıdır”.
Milli Məclisin deputatı Vüqar İskəndərov isə Azərbaycanın hüquq mühafizə orqanlarının bu məsələdəki mövqeyini tam adevkat hesab edir. Deputatın sözlərinə görə, ölkəmizin ərazisinə daxil olan hər bir kənar ölkə maşını yoxlanılmalı, hüquqi sənədlərinin yerində olub-olmadığı dəqiqləşdirilməlidir. Yoxlanışlara etiraz edilməsi isə təxribat xarakterli ola bilər: “Burada söylənilir ki, 2 nəfər Cənubi Azərbaycanlı soydaşımız etiraz bildirirlər. Bu növbəti erməni təxribatı da ola bilər. Bu erməni seqmentində yazılan məsələlərdir. Əsas budur ki, bütün ərazimizə daxil olan avtomobillər, xarici vətəndaşlar Azərbaycan qanunları ilə yoxlanıb, müvafiq tədbirlər görülməlidir”.
Deputat, Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr komitəsinin üzvü Sahib Alıyev isə İrandan Azərbaycan ərazisinə qanunsuz yüklərin xüsusən güney azərbaycanlı sürücülər vasitəsilə göndərilməsinin birbaşa təxribat olduğunu deyir: “Bizim iranlı soydaşlarımız deyəndə mənim gözümün önünə 44 günlük müharibə vaxtı Təbrizdə, Urmiyada, Sulduzda və digər soydaşlarımız yaşayan yerlərdə ayağa qalxan yoldaşlar, İrandan Ermənistana yüklər daşınarkən onun qarşısını kəsən, traktor komandası qələbə qazanarkən sevgi göstərən insanlar gəlir. Hansı ki, biz burada düşmənin belin sındıran zaman oradakı bacı və qardaşlarımız yallı gedirdi. Sevinc göz yaşlarını saxlaya bilmirdilər. Qaldı ki, həmin sürücülərə, onlar bir növ binəva, qərib insanlardır. Bu cür insanlar hər yerdə var. Bu bütövlükdə xalq demək deyil.
Sahib Alıyev düşmənin yenə də istədiklərinə nail ola bilməyəcəyini, təxribatlarının baş tutmayacağını deyir.
Yeri gəlmişkən qeyd edək ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti də Gorus-Qafan yolunu İranın yük maşınları üçün müvəqqəti olaraq bağlayıb. Nəticədə İranın onlarla yük maşını Gorusun çıxışında toplaşıb, yük maşınlarının Qafana buraxılmadığı bildirilib.
Xələf Xələfov
APA TV