Demokratik TV
Xəbər lenti
Sonra bilindi ki, Ermənistan da buna razı deyil – İlham Əliyev
- 17 avq 2021, 11:35
Biz torpaqlarımızı azad etmək üçün addımlarımızı elə atırdıq ki, bütün torpaqlar azad olunsun. Artıq bu da sirr deyil ki, danışıqlar dövründə masa üzərində olan təkliflər bizim maraqlarımızı qane etmirdi. Mən bunu açıq bəyan etmişdim və məhz buna görə təklif edilən varianta razılıq vermirdim. Çünki son 10 il ərzində nədən söhbət gedirdi – beş rayon Azərbaycana qaytarıla bilər, Kəlbəcər və Laçın rayonları isə keçmiş Dağlıq Qarabağda referendum keçiriləndən sonra Azərbaycana qaytarıla bilər. Əlbəttə, biz buna heç cür razı ola bilməzdik. Çünki heç bir referendumdan söhbət gedə bilməzdi.
Demokratik.Az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Kəlbəcərə səfəri zamanı çıxışında söyləyib.
Dövlətimizin başçısı deyib ki, mənim siyasətim ondan ibarət idi və mən bunu açıq şəkildə bəyan edirdim ki, bizim bütün torpaqlarımız işğalçılardan azad edilməlidir, ərazi bütövlüyü tam bərpa edilməlidir, bizə məsələnin yarımçıq həlli lazım deyil:
“Məhz buna görə edilən təkliflərə Azərbaycan tərəfi razılıq vermirdi. Ancaq sonra bilindi ki, Ermənistan da buna razı deyil. Çünki Ermənistanın məqsədi bu torpaqları, zəbt edilmiş bütün torpaqları əbədi işğal altında saxlamaq idi. İndi çıxan yeni məlumatlar və eyni zamanda, azad edilmiş torpaqlarda mövcud olan mənzərə onu göstərir. Torpaqları təhvil vermək istəyən 6 xətt müdafiə istehkamları qurmazdı”.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
İlham Əliyev: “Heç kim bundan sonra bizi buradan çıxara bilməz”
İlham Əliyev: “Beş rayonun, demək olar ki, hamısı işğaldan azad edilib”
"Dağlıq Qarabağ bizim əzəli torpağımızdır" İlham Əliyev
Prezident İlham Əliyev və xanımı Kəlbəcər və Laçında olublar
Lukaşenko İlham Əliyevə zəng etdi
Bütün dünya erməni faşizminin əməllərini görsün" - İlham Əliyev
İlham Əliyev Makrondan danışdı: "Sözləri qəbuledilməzdir"
"Bizim erməni xalqı ilə heç bir işimiz yoxdur" - İlham Əliyev
Prezident: "Şuşanın azad edilməsi tarixi nailiyyətimizdir"
İlham Əliyev: “Avropa Şurası anti-Azərbaycan mövqedədir”
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti