Parlament sədrlərinin Şuşaya səfəri başladı

  • 29 iyul 2021, 10:55
"Şuşa haqqında gözəl sözlər eşitmişəm. Mədəniyyət baxımından çox zəngin şəhər olduğunu bilirik". Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Şuşada jurnalistlərə açıqlamasında belə deyib.
“Maraqlı gəlirdi və Şuşaya gəlmək bizə tam başqa həyəcan vermiş oldu. Gecə saatlarında gəldiyimizə görə hələlik şəhəri gəzə bilməmişik, amma bu gün şəhərin gözəlliyini gözlərimizlə görəcəyik. İndiyə qədər gördüklərimiz məni bir az təəssüfləndirdi. Çünki bir şəhərin sahibi bizik deyib buna inananlar, şəhəri bu günə qoya bilməzlər. Bunu ancaq işğalçı anlayışı ilə yaşayanlar edə bilərlər. Tək Şuşada deyil, bütün məkanlarda daş üstündə daş qalmayıb. Bu təxribatı ortadan qaldırmaq üçün sürətli tikinti-bərpa işlərinin getdiyinin də şahidi olduq. Bir neçə ay ərzində Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı olması üçün hər şeyin hazır olacağına inanıram”, - TBMM sədri bildirib.
***
Milli Məclisinin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop və Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysərin Şuşa şəhərinə səfəri başlayıb. Parlament sədrləri bu gün şəhəri gəzəcək, ermənilərin işğal dövründə Şuşada törətdikləri dağıntı, vandalizm aktları və hazırda aparılan bərpa-yenidənqurma işləri ilə tanış olacaqlar.
Oxşar xəbərlər