Ramiz Mehdiyev və Əli Həsənov 31 il əvvəl rəqib olublar

  • 18 iyul 2021, 09:58
AMEA-nın prezidenti Ramiz Mehdiyev və PA-nın sabiq şöbə müdiri Əli Həsənovla bağlı yeni fakt üzə çıxıb.
Ramiz Mehdiyev və Əli Həsənov 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinə keçirilən seçkilərdə eyni dairədən – 348 nömrəli Xanlıqlar seçki dairəsindən deputatlığa namizəd olublar.
R.Mehdiyev o zaman Azərbaycan SSR Elmlər Akademiyası İctimai Elmlər üzrə Elmi-İnformasiya Mərkəzinin şöbə müdiri, Ə.Həsənov isə Moskva Dövlət Universitetinin aspirantı idi.
Qeyd edək ki, oxuculara təqdim olunan bu fakt “Kommunist” qəzetində (9 sentyabr 1990-cı il, səh. 3) dərc olunub.
Məlumat konkret.az saytının araşdırması ilə üzə çıxıb və bir müddət əvvəl ictimailəşdirilib. 
Oxşar xəbərlər