Qaçqınlara ayrılan pullar HARA GEDİR? – İTTİHAM

  • 15 iyun 2021, 21:30
Sözün düzü, “Qaçqınkom”un sədri Rövşən Rzayevin fəaliyyəti, daha doğrusu, neqativ fəaliyyəti barədə o qədər yazılıb, o qədər deyilib ki, artıq bu mövzu nimdaşa çevrilib. Amma nə etməli ki….
Birincisi və ən əsası 1 milyon qaçqın və məcburi köçkünün talehi bizi narahat edir.
İkincisi, biri daş yonur divar hörür, biri at nallayır, yəni hərənin bir işi var, biz medianın da işi haqsız, ədalətsizlik edən məmurların fəaliyyətini işıqlandırmaqdır …
Pis mənada başa düşməyin ee. Nalbənd atı nə üçün nallayır? Nallayır ki, at daşda, qayada, çınqıllıqda əziyyət çəkməsin.
Düzdür atı nallayanda girən mıxlar atı incidir, amma sonra faydası var, xeyri var.
Biz media da məmuru qınayırıq ki, sonra həbsxanaya düşüb əziyyət çəkməsin, səhvlərini bəri başdan düzəltsin. Yoxsa bizim məmurlarla nə işimiz var ki…
Yəni bizim yazılar onları incitsə də faydası çoxdur. Həm məmur insanları incitmir, həm də öz gələcəyini həbsxanadan qoruyur.
QINANMAQ növbəsi bu dəfə “Qaçqınkom”un sədri Rövşən Rzayevə çatdı.
Bir daha təkrar edirik ki, məqsədimiz odur ki, Rövşən müəllim məcburi köçkünlərə etdiyi zülmlərdən əl çəksin.
Axı, nə qədər yazmaq olar ki, qaçqınları get-gələ salmayın, qaçqınlar üçün tikilmiş evləri başqalarına satmayın, qaçqın şəhərciklərini başqaları üçün ticarət mərkəzinə çevirməyin və s.
Axı, qaçqını o qədər cana yığırsınız ki, qaçqın “Qaçqınkom”un binasında özünə qəsd edir, intihar etmək istəyir.
Axı, dövlətin məcburi köçkünlər üçün ayırdığı milyonları yox e, milyardları tender adı altında nə qədər öz dostlarınıza, qohumlarınıza verəssiniz. Niyə həmişə eyni adamlar tenderi udmalıdır axı.
Niyə axı Qaçqınkoma gələn vəzifəli şəxslərin çoxu SOCAR-dan gəlir?
Məgər SOCAR məcburi köçkünlər üçün kadro yetişdirir?
Qaçqınkomu-un Mənzil Departamentinin rəisi Səbuhi Əhmədov mütləq Balaxanıneftdən gəlməli idi?
Bu adam köçkün JEK-lərində hansı oyunlardan çıxmır? Bunu bütün məcburi köçkünlər bilirsə, Rövşən Rzayev guya bilmir?
Yaxşı Rövşən Rzayev də özünü görməməzliyə vurub, bəs digər dövlət qurumları hara baxır?
Röşən Rzayev kresloya oturan kimi 180 min manata özünə BMV alır. Bu pul bilirsən neçə min qaçqının çörək puludur, ay Rövşən müəllim?
Bəs, Qaçqınkomun Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Mahir Abbaszadənin əməllərini hara yazaq?
Həm deputat, həm də Fond rəhbəri?
Bu fonda dövlət yüz milyonlar ayırır, qaçqınlar üçün binalar, şəhərciklər salınır və ortada Rövşən Rzayevlə Mahir Abbaszadə yüz milyonlar qazanır.
Görəsən, Hesablama Palatası bunları görmür..?
Rövşən Rzayev!
Məcburi köçkünləri aldadıblar ki, dövlətin sizə vediyi evlər sizə məxsusdur, 5-6 min verin həmən evləri sizin öz adınıza özəlləşdirək, sizə “kupça” verək. Bu yolla neçə məcburi köçkündən pullar alınıb. İndi bəlli olub ki, qaçqınlara verilən evlər dövlət fonduna məxsusdur, nə “kupça-filan….
Qalanı təfərrüatdır…

Rövşən Rzayev keçmiş erməni prezidenti SerjSərkisyanla görüş fotosuna bir də bax. Başını niyə aşağı salmısan? (gundelik-baku)
Oxşar xəbərlər