Demokratik TV
Xəbər lenti
Ərdoğan Şuşaya nə zaman gedəcək? – Səfər proqramı açıqlandı
- 13 iyun 2021, 19:50
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13-14-də keçiriləcək NATO dövlət və hökumət başçılarının zirvə toplantısına qatılmaq üçün Brüsselə səfər edəcək.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Qeyd edilir ki, toplantıda NATO-nun gələcək inkişafı, alyansın təhlükəsizliyinə təhdidlərlə yanaşı, Əfqanıstana qətiyyətli dəstək missiyasının başa çatması fonunda bu ölkəyə dəstəyin davam etdirilməsi nəzərdə tutulur. Eyni zamanda Türkiyə liderinin bəzi müttəfiq ölkələrin rəhbərləri ilə ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılır.
Ərdoğan Belçika səfərindən sonra iyunun 15-16-da Azərbaycanda rəsmi səfər edəcək. Səfər çərçivəsində Şuşada ikitərəfli görüşlər keçiriləcək. Görüşlərdə Türkiyə-Azərbaycan münasibətləri bütün aspektləri ilə nəzərdən keçiriləcək və iki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsi imkanları müzakirə ediləcək.
Türkiyə Prezidenti səfərlə əlaqədar olaraq Azərbaycan Milli Məclisində çıxış edəcək. İki ölkənin dövlət başçıları Türkiyənin futbol üzrə millisinin iyunun 16-da futbol üzrə Avropa çempionatında Bakıda Uelslə seçmə qrup oyununu birlikdə izləyəcəklər. /Report/

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Ərdoğan Şuşaya gəlir: Türkiyə konsulluğu açılacaq, liseyin təməli qoyulacaq..
Ərdoğan Rusiyaya səfər edəcək
Sahibə Qafarova ilk rəsmi səfərini Türkiyəyə edəcək
Ərdoğan Bakıya səfər edəcək
Ərdoğan Türkiyənin Milli kosmik proqramını təqdim edəcək
Ərdoğanın Azərbaycana səfəri başlayıb
Xorvatiya prezidenti Türkiyəyə səfər edəcək
ƏRDOĞAN İRANA OKTYABRDA GEDƏCƏK
Rəcəb Tayyip Ərdoğan Azərbaycana gəlir
Türkiyə prezidenti ABŞ-a rəsmi səfərə gedəcək
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti