Paşinyan əsir götürülmüş erməni diversantların əvəzinə oğlunu təklif etdi: Söz Bakınındır!

  • 08 iyun 2021, 19:29
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidentinə müraciət edərək, əsir götürülmüş erməni diversantların müqabilində oğlunu verməyə hazır olduğunu bildirib. O, bunu Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın təklifinə cavab olaraq bəyan edib.
Qeyd edək ki, bir qədər əvvəl Sarkisyan təklif etmişdi ki, Paşinyan oğlunu Azərbaycana verib, əvəzində 20-25 erməni diversantı geri alsın. “Sənə (Serj Sarkisyanı nəzərdə tutur-red.), uzun illərin rəsmi sutnyoruna və qadın alveri üzrə mütəxəssisə deyirəm ki, təklifinlə razıyam. Və buradan İlham Əliyevə rəsmi olaraq müraciət edirəm: Bütün əsirləri burax, əvəzində oğlumu verirəm. Rəsmi deyirəm. Serjik və Robik (Sarkisyan və Koçaryanı nəzərdə tutur-red), siz ey, insan alıb, satanlar, sizə bu məsələ ilə bağlı danışıqlar aparmaq üçün səlahiyyət verirəm. Əgər bu işdən bir neçə min dollar qazansanız, o zaman çökməyiniz üçün tam uyğun olacaq”.
Paşinyan çıxışında bir daha bəyan edib ki, bu sözləri emosional vəziyyətdə deyil, rəsmi şəkildə deyir. “Mən Bakıdan rəsmi cavab gözləyirəm”. /JAMAZ.İNFO/
Oxşar xəbərlər