Azərbaycan Ermənistanla “Sülh sazişi"nə YAXINLAŞDI - İlham Əliyev açıqladı

  • 23 may 2021, 23:35
“Azərbaycan Ermənistanla sülh sazişi üzərində işləməyə hazırdır. Biz ümid edirik ki, Ermənistanda seçkilərdən sonra bu məsələ ilə bağlı daha çox aydınlıq olacaq. Sülh sazişi hər iki ölkənin ərazi bütövlüyünün tanınmasını nəzərdə tutur və biz bunu etməyə hazırıq”.
Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tvitter səhifəsində etdiyi paylaşımda qeyd edib.
Ekspertlərin fikrincə, ölkə başçısının bu açıqlamasından belə qənaətə gəlmək olar ki, Ermənistandakı mövcud Paşinyan hökuməti hazırda detalları ictimaiyyətə açıqlanmayan danışıqlarda Azərbaycanla razılığa gəlmək niyyətindədir.
Sülh sazişinin isə 4 həftə sonra Ermənistanda baş tutacaq seçkilərdən sonra imzalanacağı gözlənilir. Hazırda baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın hakimiyyətdə qalması yekun sülh prosesini daha da sürətləndirə bilər.
Oxşar xəbərlər