Demokratik TV
Xəbər lenti
Ayaz Mütəllibovdan Qaragöllə bağlı - Açıqlama
- 19 may 2021, 11:04
Azərbaycanla Ermənistan arasında Laçın rayonu ərazisində yerləşən Qaragöllə bağlı mübahisələr davam edir. Ərazinin onlara məxsus olduğunu iddia edən rəsmi Yerevan Azərbaycanla sərhəd delimitasiyası və demarkasiya məsələsini beynəlxalq müstəviyə qaldırıb.
"Demokratik.Az" xəbər verir ki, Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov da məsələ ilə bağlı Modern.az-a danışıb.
1992-ci ilin martına qədər prezident olmuş siyasətçi Qaragölün müstəqilliyin ilk illərində Azərbaycanın nəzarətində olduğunu diqqətə çatdırıb.
“Gorusla Laçın arasındakı sərhəddə yerləşən Qaragöl əzəli Azərbaycan torpağıdır”.
O qeyd edib ki, tək Qaragöl yox, Zəngəzur mahalı, İrəvan xanlığı da Azərbaycanın əzəli torpağıdır:
“Hazırda müzakirələrə səbəb olan Qaragöl əzəli Azərbaycan torpağıdır. Ermənilər hər zamanki kimi yalan iddialar irəli sürür. Tək Qaragöl yox, eyni zamanda Zəngəzur mahalı, İrəvan bölgəsi də bizimdir. Sadəcə, biz bəzi səbəblərə görə həmin ərazilərimizi itirmişik”.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri mayın 12-dən Laçınla Ermənistanın Gorus bölgəsi arasında yerləşən Qaragöl istiqamətində dövlət sərhədinin dəqiqləşdirilməsi -delimitasiya və demarkasiya işləri görməyə çalışır. Ermənistan tərəfi isə təxribat xarakterli bəyanatlar yaymaqla Azərbaycana qarşı qarayaxma kampaniyası aparır. Guya, Azərbaycanın Silahlı Qüvvələri sərhədi keçərək bir neçə kilometr məsafədə Ermənistanın ərazisinə daxil olub. İşğalçı ölkənin rəsmiləri bununla bağlı hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) da müraciət edərək hərbi yardım istəyib.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Qaragöl ətrafındakı son vəziyyət necədir...
“İrəvan-2018” portalı yaradılır
Ermənistan Tovuzla sərhəd ərazilərdə interneti qapatdı
Ayaz Mütəllibov: "Mən İlham Əliyevlə fəxr edirəm"
ŞOK DETAL! Əsgərlərimiz Zəngəzura girib?
Azərbaycan-Ermənistan sərhədində vəziyyət gərgindir
Generalımız Ermənistana xəbərdarlıq edib
"Ermənilər bu ərazidə gəlmə millətdir,..."-İlham Əliyev
Fəzail Ağamalı: “Qraçov Elçibəyə zəng vurub dedi ki...”
Azay Quliyevdən prezidentin çağırışına dəstək
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti