Nikol Paşinyan istefa verəcəyi tarixi açıqladı

  • 15 apr 2021, 09:57
Ermənistanın baş naziri Nikol Paşinyan parlamenti buraxaraq erkən seçkilər təyin etmək üçün aprelin sonuncu 10 günündə vəzifəsindən istefa verəcəyini bildirib.
“Report” “TASS”a istinadən xəbər verir ki, o, bunu parlamentin aprelin 14-də keçirilən iclasında açıqlayıb.
“Protokol qaydaları naminə yeddinci gün baş nazir vəzifəsinə namizədliyimi irəli sürəcəyəm, qalan fraksiyalar isə öz namizədlərini açıqlamayacaq. “Mənim addımım” fraksiyası məni baş nazir seçməyəcək. İkinci dəfə də qrup namizədliyimi irəli sürəcək və yenə də seçməyəcək. Bununla da Parlament buraxılacaq, iyunun 20-də də seçkilər keçiriləcək”, – N.Paşinyan izah edib.
Oxşar xəbərlər