Xəbər lenti
Bütün xəbərlər

Merkellə Putin görüşdü

  • 10 may 2015, 19:44

Moskvada səfərdə olan Almaniya kansleri Angela Merkellə Rusiya prezidenti Vladimir Putin arasənda görüş keçirilib.

Merkellə Putin görüşdən əvvəl Kremldə naməlum əsgərin məzari üstə əklil qoyublar. Daha sonra rəsmilər II dünya müharibəsində həlak olanları bir dəqiqəlik sükutla yad ediblər.

Merkelin Rusiya səfəri bir gün davam edəcək. Görüşdə əsasən Rusiya ilə Avropa İttifaqı arasındakı münasibətlər, o cümlədən Minsk danışıqları müzakirə olunduğu xəbər verilib.

Qələbə günü münasibətilə Moskvaya 20-dən çox ölkənin başçısı gəlib. Bu ölkələr əsasən MDB ölkələri, o cümlədən Asiya, Afrika və Latın Amerikası ölkələridir. Əksər dünya liderləri Ukraynanın şərqindəki münaqişədə Rusiyanın roluna görə tədbirə qatılmaqdan imtina ediblər.

Demokratik.Az

Oxşar xəbərlər