Hikmət Hacıyev: Ermənistanın məsuliyyətsiz davranışı qınağa səbəb olmalıdır

  • 18 mart 2021, 08:00
"Ermənistanın Azərbaycanın azad edilmiş torpaqlarında kütləvi şəkildə yerləşdirdiyi minalar mülki insanları öldürür, şikəst edir və ətraf mühitə zərər vurur".
“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitterdəki səhifəsində yazıb.
"Ermənistan minalanmış ərazilərin dəqiq xəritələrini təqdim etməkdən imtina edir. Ermənistanın məsuliyyətsiz davranışı ciddi qınağa səbəb olmalıdır", - Azəbaycan Prezidentinin köməkçisi qeyd edib.
Oxşar xəbərlər