Demokratik TV
Xəbər lenti
Demokratik.Az » Xəbərlər » Siyasət » Maral Nacaryanla bağlı rəsmi açıqlama: “Erməni qadın 10 martda azad edilib”
Maral Nacaryanla bağlı rəsmi açıqlama: “Erməni qadın 10 martda azad edilib”
- 12 mart 2021, 09:43
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Ermənistan silahlı birləşmələri tərkibində döyüşən və Azərbaycana əsir düşən erməni əsilli muzdlu snayper qadın, Livan vətəndaşı Maral Nacaryanla bağlı açıqlama verib.
"Demokratik.Az" bildiriri ki, Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Maral Nazaryanın əsirlikdən azadlığa buraxılması və ölkəsinə təhvil verilməsi barədə bunları deyib:
“Livanın Burc Hammud ərazisində anadan olan Maral Nacaryan (Maralle Najarian) həm Ermənistan, həm də Livan vətəndaşlığına malikdir. Keçmiş münaqişə bölgəsində Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən birgə yaşadığı erməni əsilli Livan vətəndaşı ilə birlikdə saxlanılıb.
O, Azərbaycan ərazisinə qanunsuz daxil olması və Azərbaycan qanunvericiliyini pozan digər hərəkətlərə yol verməsi barədə ifadələr verib.
Azərbaycan tərəfinin nümayiş etdirdiyi humanizm nəticəsində Maral Nacaryan bu ilin 10 mart tarixində azad edilib.
O, şəxsən Ermənistana deyil, Livana qayıtmağa üstünlük verib. Qeyd etmək istərdik ki, Rusiya tərəfi ilə aparılan müzakirələr nəticəsində Livan vətəndaşı olduğu üçün onun Rusiya ərazisindən göndərilməsi mümkün olmayıb. Bu səbəbdən Maral Nacaryan Türkiyə üzərindən Livana geri göndərilib.
Ümumiyyətlə bildirmək istərdik ki, hazırda Azərbaycanda saxlanılan erməni əsilli qadın yoxdur. Vətən müharibəsi zamanı saxlanılan 5 qadın, əksəriyyəti hətta hərbi əməliyyatlar davam edən zamanı sərbəst buraxılıb”.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Ermənilər bu dəfə də “Maral”ı oğurladı - Video
Hikmət Hacıyevdən erməni tərəfinin yayıb sildiyi foto ilə bağlı açıqlama
Maral Tahirqızı həbsdən çıxdı
Altay maralları Azərbaycanda: onları kim və hansı məqsədlə gətirib...
Fransa: "Təcili islahatlar aparılmasa, Livan çökəcək"
"Erməni vandalizmi! Azərbaycan hərbçilərinin meyitlərini vermir
Şuşada PKK-çılara Azərbaycan hərbi forması geyindirilir
"Qüdrət Həsənquliyev dövlət məmuru olsaydı, Prezident tərəfindən cəzalandırılardı"
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti