Demokratik TV
REAL-a dövlətdən maliyyə ayrılması aranı qatdı - partiyadan mövqe
Natiq Cəfərli: “Bizə bu maliyyəni büdcədən ayıran son ödəyici Azərbaycan vətəndaşıdır”

Amma qanunla parlament partiyalarının dövlət büdcəsindən maliyyələşdiyi hər kəsə məlumdur. Bu və ya digər ittihamlarla, eləcə də, REAL-ın bu vəsaitdən necə istifadə edəcəyi ilə bağlı partiyadan mövqe aldıq.
Qurumun icra katibi Natiq Cəfərli: “Bu, bizdən asılı olan məsələ deyil. Qanunvericilik bunu tələb edir. Gələcəkdə Azərbaycanda yeni sistem, konstitusiya və oyun qaydaları formalaşarkən belə bir şərait yaradılmalıdır ki, partiyaları tərəfdaşları və üzvləri maliyyələşdirməlidir. Parlamentli idarəetmə sisteminə keçəndə büdcədən maliyyələşmə məsələsi gündəmə gəlməlidir. Çünki bir çox ölkələrdə parlamentli idarəetmədə partiyaların büdcədən maliyyələşməsi önə çıxır.
Dünyada belə bir yanaşma var. Amma hər halda bizdən asılı olmayan və qanunun tələbinə uyğun şəkildə belə bir qərar mövcuddur. Gələcəkdə bu qərara təsir etmək imkanlarımız olsa, bunun başqa formalarda həyata keçirilməsinə çalışacağıq. Partiyaya parlamentdəki təmsilçiliyinə görə dövlət qeydiyyatından keçibsə, maliyyə ayrılır. Maliyyə yardımı ilə bağlı açıqlama verdik ki, bundan istifadə edərək dünyagörüşümüzü, ideoloji hədəfimizi dəstəkləyəcək və onu sübut edəcək ciddi araşdırmalara sərf edəcəyik. Mütəxəssislərlə çox güman ki, müqavilələr imzalanacaq. Onlar da ciddi elmi araşdırmalar ortaya qoyacaqlar ki, bu da bir ilk olacaq.
İndiyə qədər siyasi partiyalar demək olar ki, bu istiqamətdə fəaliyyət göstərməyib. Bizə bu maliyyəni büdcədən ayıran son ödəyici Azərbaycan vətəndaşıdır. Məsələn, ölkədə Əlavə Dəyər Vergisi ötən il 4.5 milyard manat olub. Bu verginin ödəyicisi hansısa mağazaya gedib istənilən malı alarkən bu əlavə dəyər vergisinin son ödəyicisi bizik. Təsəvvür edin ki, siz il ərzində təqribən 1600 manatlıq supermarketlərdən alış-veriş edirsinizsə və bunun ƏDV-si nə qədər edirsə, onun bir qəpiyini siyasi partiyalara, o cümlədən REAL-a verirlər. İl ərzində ödənilən verginin bir qəpiyi partiyalara verilir. Onun üçün də biz vətəndaşlara minnətdarıq. Bu vəsait vətəndaşların ödənişi əsasında büdcəyə daxil olur. Azərbaycan vətəndaşlarının istəklərini siyasi səhnədə təmsil etdiyimizə görə onlara təşəkkür edirik ki, belə bir vəziyyətdə partiyaların maliyyələşməsində dolayısı yolla olsa da, iştirak edirlər".

Natiq Cəfərli
N.Cəfərli bu maliyyəni hansı istiqamətlərə sərf edəcəklərini konkret açıqladı: “İşimizin daha da təkminləşdirilməsi üçün yeni istiqamətlər düşünmüşük. Regional təmsilçilik, ofislərin açılmasını planlayırıq. Bakıdan kənarda ofislərin açılmasına çalışacağıq. Eyni zamanda, bu maliyyədən ciddi elmi araşdırmalara sərf edilməsini düşünürük. İl ərzində 10-15 böyük sorğuların keçirilməsi də planlarımızda var. Siyasi olaraq səsləndirdiyimiz tezislərin bir elmi əsası, təməli olmalıdır. Biz inandığımızı söyləyirik. Amma dünyada bunun örnəkləri var. Bununla bağlı da ciddi araşdırmalara ehtiyac var. Çox təəssüflər olsun ki, siyasi partiyalar bununla heç vaxt ciddi məşğul olmayıblar. Ona görə də biz çalışacağıq ki, ayrılan vəsaitlə mütəxəssisləri cəlb edək, elmi araşdırmalar aparaq”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
