Həmin Navalnı -portret cizgiləri olduğu kimi...

  • 11 fev 2021, 10:27
Rəsmi bioqrafiyasına görə, Aleksey Navalnı Rusiya Xalqlar Dostluğu Universitetinin hüquq fakültəsini bitirib, ancaq heç bir jurnalist onu xatırlayacaq bir qrup yoldaşını tapa bilmir...
Atası hərçi, anası isə...
Rusiya müxalifətinin lideri Aleksey Navalnı prinsipcə, Ukrayna müxalifətinin simasına çevrilə bilərdi. Bloggerin özü 2013-cü ildə Ukraynanın "İnter" telekanalına verdiyi müsahibəsində "kökləri və genetikası baxımından daha çox ukraynalı olduğunu" söyləyib. Atası Anatoliy Navalny Çernobıl bölgəsində anadan olub və Kiyev Hərbi Rabitə Məktəbini bitirib. Məzun olduqdan sonra Moskva bölgəsinə təyinat alıb və burada gələcək həyat yoldaşı, Zelenoqrad Mikrocihazlar Tədqiqat İnstitutunun laborantı ilə-Lyudmila İvanova ilə tanış olub.
Müxalifətçinin valideynlərinin verdiyi azsaylı müsahibələrə görə, atası dörd qarnizon dəyişdib, anası Lyudmila İvanovna isə əvvəl ağac emalı fabrikində iqtisadçı, ərinin hərbi hissəsində isə mühasib işləyib ... Bu iş təcrübəsi ərinin podpolkovnik rütbəsi ilə ordudan tərxis edildikdən sonra Navalnıların işinə yarayıb. Cütlük öz bizneslərini - Kobyakovski söyüd toxuma fabrikini açıblar. 2012-ci ildə bu fabrikin adı Navalnı qardaşlarının adı keçən cinayət işində yer alıb. Amma müəssisə hələ də işləyir. Əvvəl fabrikin səhmdarları sırasında valideynləri ilə yanaşı Navalnı qardaşlarının da(Aleksey və Oleq) payı vardı, amma sonradan Aleksey öz səhm payından imtina etdi. Müxalifətçinin valideynləri Kobyakovski qəsəbəsində iki baqqal dükanına sahibdirlər.
Xanımı ilə Türkiyədə tanış olub
Aleksey Navalnının kiçik qardaşı Oleq Rusiya Hökuməti yanında Maliyyə Akademiyasını bitirəndən sonra Rusiya Baş Poçtunda işləyib. “EMS Rusiya Poçtu”nun baş direktorunun 1-ci müavini vəzifəsini tutub.
Müxalifətçinin həyat yoldaşı Yulia Navalnaya (qız soyadı Abrosimova) moskvalıdır. Plexanov adına Beynəlxalq İqtisadi Münasibətlər fakültəsini bitirib, lakin sonrakı karyerası haqqında heç nə məlum deyil. Yulianın anası Yüngül Sənaye Nazirliyində işləyib. Atası isə Rusiya Elmlər Akademiyasının Tədqiqat İnstitutunun elmi işçisi olub və 1996-cı ildə vəfat edib.

Yuliya gələcək əri ilə Türkiyədə tətildə tanış olublar, bu nigahdan iki uşaqları var: Zaxar və Daria. Qızı ABŞ-ın Stenford Universitetrində oxuyur. İddia olunur ki, guya Daria burada təhsil haqqı ödəmir. Amma bu təhsil ocağının qaydalarına görə xarici tələbələr birbaşa universitetdən maddi yardım ala bilməzlər. Amma bu maliyyə üçüncü tərəf təşkilatlar tərəfindən ödənilə bilər. Yəni Daria özü pul ödəməsə də, onun təhsil haqqını mütləq ödəyən təşkilat(lar) var.
Yuşşenko və Saakaşvilinin “sinif yoldaşı”
Rəsmi bioqrafiyasına görə, Aleksey Navalnı 1998-ci ildə Rusiya Xalqlar Dostluğu Universitetinin hüquq fakültəsini bitirib. Ancaq heç bir jurnalist onu xatırlayacaq bir qrup yoldaşı tapa bilməyib. Üstəlik, jurnalistlərin onunla bağlı müvafiq sənədləri universitetdən almaq cəhdləri də nəticəsiz qalıb. Onun qiyabi təhsilə keçirildiyi, hətta birinci kursdan qovulduğu barədə şayiələr yayılmışdı.

Sözügedən universitetin radio jurnalistika fakültəsinin müəllimi Lina Kandakji də deyib ki, Navalnı universiteti bitirməyib, birinci kursdan qovulub. Navalnı 2001-ci ildə Rusiya Hökuməti yanında Maliyyə Akademiyasında ödənişli şöbəsində qiyabi olaraq qiymətli kağızlar və fond birjası ixtisasına yiyələnib.
2010-cu ildə okeanın o tayında 6 aylıq “Yale World Fellows” kursunu keçib. Bu proqram hər il "yeni dünya lideri şəbəkəsi" üçün təlim keçir. Məsələn, bu kursları, Viktor Yuşşenko və Mixail Saakaşvili kimi siyasətçilər də keçib. Navalnı Yaledəki təcrübəsinə görə Qarri Kasparova və Yüvgeni Albatsa borcludur. Çünki məhz onlar Navalnını “perspektivli bir siyasətçi kimi” tövsiyə ediblər.

2018-ci ildə Yale proqramının müdir müavini Timoti Stampa kurslarından sonra Navalnının "görkəmli inqilabçı" olduğuna görə çox qürurlu olduğunu deyib.
Birjada uğursuz oyunçu
Hələ tələbə ikən Navalnı biznesə girişmək istəyib, bir bərbərxana açmaq niyyətinə düşüb, amma cəhdi alınmayıb.
Onun məşğulluğu ilə bağlı məlum olan sahələr:
Sağçı Qüvvələr Birliyi Partiyası üçün reklam satınalması ilə məşğul olub.
Qiymətli kağızlar satışında qazanmaq istəyib.
Lojistika və yol nəqliyyatı sahəsində çalışıb.
Birjada uğursuz maliyyə əməliyyatları edib.
Bir qayda olaraq, onun iştirakı ilə yaradılan bütün şirkətlər ya iflas edib və ya ləğv olunub. Hətta “Navalnı və tərəfdaşları” adlı hüquq firması ancaq bir ilədək fəaliyyət göstərib.
“Aeroflot”un direktorlar şurasının üzvü, uğursuz vəkillik...

Onun Kirov vilayətində vəkillik statusunu necə alması da həmişə suallar doğurub. Müxalifətçi vəkillik status haqda suala həmişə son dərəcə əsəbi və qeyri-müəyyən reaksiya göstərib. Lakin məşhur “Kirovles” məhkəməsindən sonra onun vəkillik status ləğv edilib. Navalnı 2012-ci ilin iyunundan 2013-cü ilin fevralına qədər “Aeroflot” səhmlərinin 15% -nə sahib olan iş adamı Aleksandr Lebedevin təklifi ilə aviaşirkətin direktorlar şurasının üzvü də olub.
Navalnı haradan qazanır?
Bəs, Navalnın qazancı haqdandır? Özünün dediyinə görə, ruslara Avropa İnsan Hüquqları Məhkəməsində hüququ yardım göstərməklə pul qazanır. Ötən ilin gəlir bəyannaməyəsinə görə Navalnı bu işi üçün ayda təxminən 450 min rubl alıb. Bu isə onun xərclərinə uyğun gəlmir. Məsələn, onun Avtozavod küçəsindəki “Lira” yaşayış kompleksində icarə götürdüyü ofis üçün 200 min rubl ödədiyi məlumdur. Navalnı fəaliyyətinin ABŞ-da yaşayan iş adamı, VMT investisiya şirkətinin prezidenti Boris Zimin tərəfindən maliyyələşdirildiyini gizlətmir. Navalnının Omskdan zəhərlənmə diaqnozu ilə Berlinə də tibbi təyyarə ilə göndərilməsinin xərcini də Zimin ödəmişdi.
Liberal “Yabloko”dan millətçiliyə...
Navalnın siyasi seçimlərində “küləkli olduğunu” məlumdur. Siyasət rüzgarı onu bir qütbdən digərinə doğru aparıb. Dünənki ultraliberal birdən-birə millətçi olub. Sonra isə yenidən demokratların düşərgəsinə tərəf dönüb.
wr-960.jpg (137 KB)

2000-2007-ci illərdə liberal “Yabloko”da lider mövqe tutan Navalnı amma hər il millətçilərin “Rus marşı”nda iştirak etməkdən də çəkinməyib. Qafqazlara qarşı xüsusi qəddarlığına görə seçilən, “Tesak” ləğəbi ilə tanınmış millətçi Maksim Marçınkeviçin həbsə düşməsində də(bu yaxınlarda təcridxanada müəmmalı şəkildə ölüb) Navalnın rolu olduğu deyilir.

2007-ci ildə “partiyaya siyasi zərər verdiyinə görə" “Yabloko”dan qovulan Navalnı 2007-ci ildə "Xalq" milli demokratik hərəkatını yaradır. Bu millətçi təşkilatı isə tezliklə qalmaqallı Qeyri-qanuni İmmiqrasiyaya Qarşı Hərəkatındakı millətçilərlə birgə koalisiyaya qurub.
2010-cu ildə Yale kursundan sonra isə müxalifətçi millətçi çıxışlardan uzaqlaşır və əsas diqqəti hakimiyyəti tənqid etməyə yönəldir.
Prezident iddiası, mer seçkisi
2011-ci ildə Dövlət Dumasına keçirilən seçkilərdə "Vahid Rusiya" qələbəsini elan edən kimi, Navalnı da özünü bütün müxalifətin lideri elan edir. Navalnı 2011-2012-ci illərdə küçə etirazlarında önə çıxmağa bacarır. 2012-ci ilin mayında “Bolotnoya” meydanındakı etirazların dağıdılmasından sonra xeyli adama cinayət işi açılsa da, Navalnı yalnız inzibati həbslərlə cəzalandırılır.

2013-cü ildə o ambisiyalarında daha irəli gedərək, Rusiya prezidentliyinə namizəd olmaq istədiyini bəyan etdi. Amma əvvəl özünü Moskva meri seçkilərində sınamağa qərar verdi. Seçki kampaniyasın dövründə “Vahid Rusiya” Partiyasını oğrular və quldurlar adlandırsa da, hakimiyyətin namizədi olan Sobyanini qabaqlaya bilmədi. Navalnı səslərin 27,24 faizini alaraq uduzdu. 2018-ci ildə "prezident seçilməsi" üçün fəal şəkildə pul toplayan Navalnı barəsindəki cinayət işinə görə seçkilərə qatıla bilmədi.
Gizli agent?
Bütün bu müddətdə Navalnı "xarici agent" kimi tanınan Korrupsiyaya Qarşı Mübarizə Fonduna rəhbərlik edir. Fondun məmurlar və iş adamları ilə bağlı araşdırmaları internetdə yayımlanandan sonra Navalnının pul kisəsi bitkoinlə doldurulur. Fondun ifşa araşdırmalarının sifarişli olduğu iddia edilir.
Navalnının Qərbin agent olması barədə də versiya var. Bildirilir ki, məqsəd onun vasitəsilə Rusiyadakı siyasi vəziyyəti gərginləşdirməkdir. Bununla yanaşı, onun Rusiya daxilində də nüfuzlu havadarlarının olduğu barədə rəy var.
“Meşə işi”
2009-cu ildə Navalnı yoldaşları ilə birlikdə Vyatkski Meşə Şirkətini yaradır və millətçi görüşləri ilə tanınan yerli qubernator Nikita Belıxın ictimai əsaslarla müşaviri statusunu alaraq “Kirovles” dövlət müəssisəsinin rəhbərliyini məhsullarını onun şirkətinə satmağa məcbur edə bilir. Ucuz qiymətə alınan taxta bundan sonra bazar qiymətlərinə satılır. Bu işə görə ona və qardaşına "başqasının əmlakının mənimsənilmə" ittihamı verilir. “Kirovles”ə zərərin 1,3 milyon olduğu təxmin edilir.

Bu məhkəmənin Navalnının Moskvada mer seçkiləri kampaniyasına düşməsi onu real həbsxanadan xilas etdi. Ona ümumi rejimli koloniyada 5 il həbs cəzası kəsilsə də, bunu real həbsə çevirmək mümkün olmadı. Qərb bu cəzaya “müxalifət namizədi həbsxanaya göndərildi” reaksiyası göstərdi. Amma hökm qüvvəyə minmədiyi üçün Rusiyada heç bir cinayətkarın xəyal etmədiyi möcüzə baş verdi. Prokurorluq birdən-birə Navalnının həbsində israr etmədiyini, hətta bu qərardan apellyasiya şikayəti verəcəyini dedi. Ertəsi gün sərbəst buraxılan Navalnıya seçkilərdə iştirak etmək imkanı verildi. Sonra Kirov Vilayət Məhkəməsi qərarını təxirə saldı və müddətli həbsi şərti cəza ilə əvəz etdi.
Daha sonra Avropa İnsan Hüquqları Məhkəməsi Navalnın işində siyasi motiv olmadığına baxmayaraq, prosesdə hüquqlarının pozulduğuna və işə yenidən baxılmasını tövsiyə etdi. 2017-ci ildə Kirov məhkəməsi Navalnını yenidən 5 il şərti cəza ilə cəzalandırdı.
wr-750 (1).jpg (175 KB)
Navalnın adı keçə daha bir cinayət işi
Təxminən eyni mənimsəmə sxemi "Kirovles" ə paralel davam edən digər cinayət prosesində də vardı. Yalnız burada "fırıldaqçılıq" və "çirkli pulların yuyulması" maddələri əlavə edilmişdi. Bu dəfə Navalnı qardaşları kosmetik şirkəti "İv Roşe Vostok" u aldadıb. Onların mallarının Rusiyaya daşımaqla bağlı müqavilə bağlansa da, şərtlər tam yerinə yetirilməyib. Nəticədə, ortada 19 milyon rubl yoxa “çıxıb”.
2014-cü ildə məhkəmə Navalnı qardaşlarına 3,5 il ümumi rejimi həbs cəzası verilsə də, qərarın icrası şərt işlə əvəzləndi. Üstəlik 5 il sınaq müddəti. Amma bu müddət ərzində də Navalnı Rusiyada istədiyini etdi, şərti işə baxmayaraq müalicə üçün xaricə də getdi. Amma 2021-ci ilin 17 yanvarda Moskvaya qayıdandakı həbsinin müalicəsi ilə heç bir əlaqəsi yoxdur. Onun ittihamında da bu barədə heç nə yoxdur. Onu şərti məhkumluq qatydalarına uymadığı, yeri barədə müavifiq strukturlara məlumat vermədiyi üçün nəhayət şərti cəzası 2 il 8 aylıq real həbslə əvəzləndi.
(Yazı Rusiya KİV-lərin məlumatları əsasında hazırlanıb)
Orxan ƏLİYEV,
Musavat.com
Oxşar xəbərlər